heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

“Avropa Hüquq Şirkəti” MMC atılan addımları təqdirəlayiq hesab edir

18-06-2020, 14:58 378 dəfə baxılıb


“Avropa Hüquq Şirkəti” MMC atılan addımları təqdirəlayiq hesab edir

Zaur TAĞIYEV: “Avropa Hüquq Şirkəti” MMC-nin direktoru olarag bildirirəm ki, şirkətin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın atdıqları hər bir addımı lazımınca müdafiə edir, dəstəkləyir və hər iki şəxsin bütün çağırışlarına tam məsuliyyətlə goşuluruq”

O da hər kəsə gün kimi aydındır ki, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması istiqamətində görülən ciddi tədbirlər proqramı, bu gün də uğurla həyata keçirilir. Belə ki, 19 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə əhalisinin sağlamlığının qorunması, koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Fərman imzaladı. İmzalanmış Fərman əsasında ölkəmizdə bu infeksiyaya qarşı preventiv addımların atılması, mübarizə tədbirlərinin gücləndirilməsi üçün “Koronavirusla Mübarizəyə Dəstək Fondu” da yaradıldı. Bundan əlavə, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin elan edilməsi səbəbindən, ilk əvvəllər yaşı 65- dən yuxarı olan insanların evdən çıxmaları qadağan olundu. Bu yöndə atılan addımların əsas məqsədi, məhz koronavirus infeksiyasına yoluxma riski yüksək olan insanların pandemiyadan qorunmasına xidmət etmək oldu. Hətta, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər olunmaqla, gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan insanlara evlərində gündəlik sosial xidmətlər göstərilməyə də başlanıldı. Karonavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən, dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu dilə gətirdi.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, bu gün əksər dövlət qurumlarının karonavirus infeksiyasına qarşı apardığı mübarizə tədbirlərini “Avropa Hüquq Şirkəti” MMC-nin rəhbərliyi və kollektiv üzvləri tam şəkildə dəstəkləyir və hər kəsi tətbiq olunmuş karantin rejiminin bütün tələblərinə əməl etməyə dəvət edir. Yəni, bir hüquq şirkəti olaraq insanları qapalı yerlərdə olarkən, ictimai nəqliyyatdan, ayrı-ayrı ofislərdən, alış-veriş mərkəzlərindən istifadə edərkən, bir-biri ilə məsafə saxlamasını, şəxsi gigiyena qaydalarına əməl etməklə bərabər, tibbi maskalardan istifadə etmələrinin vacib olduğunu qeyd edir. Hətta, həkimlərin ümumi rəylərinə əsasən hər kəsin belə bir şərtlərə əməl etməsi, insanların koronovirus pandemiyasından qorunmasında əsas şərt olduğunu da bildirir.

“Avropa Hüquq Şirkəti” MMC-nin rəhbərliyi cənab Prezidentin bir neçə gün bundan öncə paytaxtın Bilgəh qəsəbəsində modul tipli xəstəxananın açılışında söylədiyi fikirləri əsas tutaraq qeyd edir: “Pandemiya başlanandan indiyə kimi dövlət başçısı bütün çıxışlarında virusdan qorunmanın yollarını, qayda və tələblərə əməl etməyi, hər kəsin sağlamlığı naminə tətbiq olunan məhdudiyyətləri səbr və təmkinlə qarşılamağı tövsiyə edib. Bəli, pandemiyanın ilk vaxtlarında dövlət başçısı iqtisadiyyatı xilas etməyin, yoxsa insanların sağlamlığının qorumalı olmasının vacib olduğunu dilə gətirdi. Sözsüz ki, həmin vaxt cənab Prezident tərəddüd etmədən insanların sağlamlığının qorunmalı olduğunu vurğuladı və bu məqsədlə büdcədən milyardlarla vəsaitlər ayırıldı. Çox keçmədi ki, görülən tədbirlərin nəticəsi olaraq Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah məhdudiyyətlərin mərhələ- mərhələ yumşaldılmasına qərar verdi və bir çox iş yerləri fəaliyyətlərini bərpa etdi. Fakt budur ki, sərt karantin rejiminin yumşaldılmasından sonrakı vaxtlarda insanların çoxu operativ qərargahın tələblərinə əməl etmədilər, ictimai nəqliyyatda, qapalı məkanlarda və s. kimi yerlərdə olarkən tibbi maska taxmadılar, sosial məsafəni gözləmədilər, hətta digər gigiyenik qaydalara da riayət etmədilər. Vəziyyətin belə bir həddə çatdığını görən Dövlət başçısı 4 iyunda əhaliyə müraciət etdi və sərt karantin rejiminin tətbiq olunacağını açıqladı. Buna da əsas səbəb, son vaxtlar yoluxan və sağalan insanlar arasında fərqin kəskin artması oldu. Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi COVID–19-a daha çox yoluxmanın qeydə alındığı ərazilərdə küçəyə çıxmanın məhdudlaşdırılmasının zəruri olduğunu qeyd etdi və virusun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə, xüsusi karantin rejimini müəyyən günlərdə sərtləşdirildi. Dövlətin hər bir vətəndaşi bilir ki, pandemiyanın başladığı ilk vaxtlardan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında, dövlətimiz karonavirusa qarşı qabaqlayıcı tədbirlərini gördü və bu gün də görməkdə davam edir. Qeyd olunan məqsədlər üçün yeni laboratoriyalar alındı və hal- hazırda bu yöndə ölkəmizdə 20-dən çox laboratoriyalar fəaliyyət göstərməkdədir. Ən əsas amillərdən biri isə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən işlər, əldə edilən uğurlar oldu ki, bütün bunlar da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirildi, Azərbaycanın adı dünya ölkələri sırasında nümunəvi ölkə kimi qeyd olundu. Onu da qeyd etməyə borcluyuq ki, Azərbaycan Respublikası dünya ölkləri sırasında nadir ölkələrdəndir ki, karonavirusa yoluxan sakinləri dövlətin tibb müəssisələrində müalicə olunurlar. Koronavirusla mübarizə tədbirləri çərçivəsində ilk modul tipli birinci xəstəxana mayın 7-də açılmışdısa, hazırda ölkəmizdə belə bir xəstəxanaların sayı dördə çatıb. Cənab Prezident bu tip xəstəxanaların sayının on ədəd olacağını vurğulamışdı ki, təxminən bu ayın sonuna kimi daha altı xəstəxananın istifadəyə veriləcəyi bildirilir. Koronavirusla mübarizə tədbirləri çərçivəsində Heydər Əliyev Fondu, bir çox ictimai təşkilatlar, imkanlı şəxslər, neçə-neçə sahibkarlar və s. maddi vəziyyəti aşağı olan insanlara humanitar yardımlar göstərdilər ki, bu gün də həmin proses davam etməkdədir.

“Avropa Hüquq Şirkəti” MMC-nin rəhbərliyi və kollektivi hesab edir ki, bu gün hər kəs cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanında olmalı, onlaın mövqelərini müdafiə etməli, hər bir şəxs problemin ciddiliyini başa düşməli və tələbolunan qaydalara da əməl etməlidir. Bəli, biz bu ölkənin layiqli vətəndaşları olaraq tezliklə normal həyatımıza qayıtmaq istəyiriksə, o halda hamı tələb olunan qaydalara əməl etməli, ölkəmizdə sanitar- epidemioloji vəziyyətin normallaşmasına cəhd də göstərməliyik. Əslində bu yöndə addımların atılması birbaşa prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə əhalisinin təhlükəsizliyinin təmin olunması yöndə etdikləri çağırışa verilən dəstəkdir.

Sadaladığımız amillərdən başqa “Avropa Hüquq Şirkəti” MMC-i olaraq, son vaxtlar cənab Prezidentin korrupsiyaya, rüşvətxorluğa və hər cür əyintilərə garşı başladığı mübarizə tədbirlərini də tam şəkildə dəstəkləyirik. Belə ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanın icrası ilə yeni müstəviyə keçən məhkəmə- hüquq islahatları mövcud sosial-iqtisadi tendensiyanı tamamlamaqla bərabər, azad bazar iqtisadiyyatı prinsiplərinin təbiətinə uyğun olan bir konsepsiya şəklində də reallaşmaqdadır. Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə tədbirləri, sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter almış, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın, hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri, yəni konkret olaraq əməli- praktiki addımlarla da müşayiət olunmuşdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini verib, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb. Atılan belə bir addımların varlığını əsas tutaraq “Avropa Hüquq Şirkəti” MMC-nin rəhbərliyi hesab edir ki, bu gün cənab İlham Əliyevin qətiyyəti, əzmkarlığı və ardıcıl mübarizə tədbirləri sayəsində ölkəmizdə korrupsiya və rüşvətin qarşısı alınmaq üzrədir. Onu da unutmaq olmaz ki, hal-hazırda Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün, həm ali siyasi iradə, həm də qətiyyət mövcuddur. Bundan əlavə, mübarizəni daha effektiv etmək üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da, məhz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə iştirakçıya çevrilməlidir. Bu kimi səbəblər üzündəndir ki, Prezident İlham Əliyev vaxtaşırı belə bir məsələyə toxunur və ictimai nəzarət, ictimai qınaq faktorlarını daim xatırladır. Fakt budur ki, korrupsiyaya və rüşvətxorluğa qarşı kütləvi şəkildə mübarizə tədbirləri aparmaq üçün, mütləq ictimai qınaq və ictimai dəstək kimi faktorlar da, məhz belə bir prosesin tərkib hissəsinə çevrilməlidir. Əgər bu belə olarsa, o halda daha tez və daha yaxşı nəticələr əldə etmək mümkün olar. Odur ki, “Avropa Hüquq Şirkəti” MMC-nin kollektivi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu yöndə atdıqları hər bir addımı lazımınca müdafiə edir, dəstəkləyir və ölkəmizin istər karonavirus pandemiyasına qarşı, istərsədə korrupsiyaya, rüşvətxorluğa və hər cür əyintilərə garşı apardığı mübarizə tədbirlərindən üzüağ, alnıaçıq çıxacağına əminliyimizi də ifadə edirik.

Hazırladı: Kamal MİRZƏ







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031