heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Paşinyan, bütün bunlara görə sən cavab verəcəksən - Ermənilər sosial şəbəkədə üsyan edir

23-10-2020, 17:12 252 dəfə baxılıb





















Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub
Sosial şəbəkələrin erməni seqmentindən məlum olur ki, ermənilər təşviş içindədir. Onlar Paşinyanın istefasını tələb edir, Ermənistan MN-in mətbuat katibi Şuşan Stepanyanın yaydığı məlumata skeptik yanaşır və itkilərin açıqlanmamasına biganə qalmırlar.

AZXEBER.COM ordu.az-a istinadən mütəmadi olaraq, sosial şəbəkələrin erməni seqmentində yayılan həqiqi və real məlumatlarla sizləri tanış edir.


Bizə ölümündən sonra qəhrəmanlar lazım deyil, bizə sap-sağlam lazımdır, əsgərlərimizə nə edirsiniz? Hara qədər nail olacaqsınız? 18-20 yaşlıları ön xəttdən çıxarın, siz yeni nəsli atəşin ağzına aparırsınız. Sülh istəyirik, kifayətdir!


Sülhə gedin, daha dözmürük, kifayətdir.


Rusla əməkdaşlıq etmək lazımdır, məsələnin yeganə həlli budur.


İndi də erməniləri gürcülərlə döyüşdürmək istəyirlər.


Bütün bunlara dözmək mümkünsüzdür.




Daha bəsdir, dayanın!!!


O, qədər çoxdurlar ki, oxumaq olmur, Allahım, belə hara qədər?


Və bu qırğın nə qədər davam etməlidir?




Nə düşünürsünüz? Bu qara xəbərləri nə qədər eşitmək olar? Keçmiş baş nazirlərlə görüşürsünüz, Əzrayıl aparsın sizi.


Vay, bu nədir baş verir, dəli olmaq olar.


Hər biri bir evin çırağıdır. Daha dözmürük.


Nə vaxta qədər? Kifayətdir!!!!!!


Bu uşaqları saxlayın, daha dözmək olmur, olmur.


Bir şey edin, heç olmasa nə qədər qalıb, bu uşaqlar yaşasınlar.


Sadəcə dəhşətlidir.


Ölənlərin sayı, artıq deyilsə, 1000-ə çatır, nə düşünürlər, Rusiyaya müraciət edin, bizim yeganə ümidimiz odur, dünya susur, sabah qadınlar, qocalar və uşaqlar qalacaqlar, toyların çoxalması əvəzinə qəbirlər çoxalır, analar yas tuturlar, uşaqlar yetim qalırlar, qadınlar dul qalırlar, dünya susur, görmür.

 
Lakin ötən günlərin soyadları daim təkrarlanır, başa düşmürsən nə yazırlar, insanları panikaya salırlar.



Cənab Baş nazir, heç nə başa düşmürəm, türk düşünülmüş şəkildə bizim nəsil verən nəslimizi qırır, siz isə... 18-20 yaşlıları heç nəyə aparmısan, onlar hələ normal silah tutmağı bilmirlər və çox şübhə edirəm ki, silahımız var, bu, yalnız və yalnız soyqırımdır, bu qədər anaların göz yaşlarını necə qurudacaqsan...?


Rusiyanın tərkibinə daxil olmaq lazımdır, ən azından nə müharibə göcəyik, nə də bu qədər qurbanlarımız olacaq. Nə olsun, ermənilərin əksəriyyəti Rusiyada yaşayırlar və işləyirlər. Və çox da razıdırlar.


Görünür, Rusiyanın şərtləridir, 5 rayonu qaytarmaq, biz isə istəmirik.


Təəssüf edirəm ki, daşnaklar yüz illik tariximizdə dəyişmədilər.


Mənim addımımdan (Mənim addımım fraksiyası Ermənistan parlamentinin hakim fraksiyasıdır-red.) könüllü dəstəsi yoxdur.


Rio Arma - Nikol Paşinyan, qohumlarınızdan ibarət könüllülər qrupunuz var?
Mari Marina - O da getməlidir.


Əbədi izzət, sağkən qırdılar, nə qədər evlər dağıldı.


Ah, ağrımız necə də böyükdür.


Çiburaşka müharibəsindən sonra səni asmaq lazımdır.


Sizi yalnız cəbhədə ölmək xilas edəcək.


Bunu müdafiə etməyin, narkomandır.


Nikol və onun tryapkalarının yeganə ləyaqəti feyklərlə onun-bunun üzərinə hücum etməkdir, başqa şey deyə bilmirlər.


Sən cavab verəcəksən, bu və qalan bütün həyatlarda lənət olsun sənə!!!




Hər şey də mümkündür.


Rəhbərliyimiz haradadır? Nə qədər olar?


Qırıldılar, daha nəsil qalmadı.




Allahım, nə qədər? Hər bir xəbərdən özümüzə gəlmirik... nə qədər... vicdanınız olsun.


Dəli olduq, kifayətdir.


Hər gün 43, 23, 53 nəfərin ölməsi barədə məlumat verin, ölkədə adam qalmayacaq.


Heç nə. Türk bir tərəfdən danışır, digər tərəfdən öldürür.


Başa düşmədim, günə 1-2 kilometr 23 gündə neçə kilometr edir?


Son açıqlamalardan çıxış edərək ölkənin yuxarı eşelonunda bu qədər xainlərimiz olmasaydı, bəlkə də həm texniki, həm də insan itkiləri müqayisəedilməz dərəcədə az olardı.


Ay bic, daha bəsdir.


Bəs 30 il ərzində nə ilə məşğul idiniz? Bu məsələni həll edərdiniz.


Xainlər


3-nü də güllələmək lazımdır.


Azərbaycan əraziləri istəyəcək. Ermənistan imtina edəcək. Bu müddət ərzində itkilərimiz çoxalacaq.




Cavan-cavan qardaşlarımız ölürlər.


Atəşkəslə iyrəndirdiniz, sülh istəyirik.


Necə də dəhşətlidir, hələ nə qədər insan ölməlidir.


Qoy Allah hamıya səbr versin.


Syuzanna Hakobyan - Min təəssüf.
Naira Hovhannisyan - Min təəssüf.


Maraqlıdır, bizim ağıllı hökumətimiz bu qurbanlara nə vaxt son qoyacaq?


Vay, Allahım, bu pis yuxu nə vaxt bitəcək?


Anna xanım, ilk növbədə arvadlarının yubkalarının altında gizlənən qarabağlı kişilərə çağırış edin, bəsdir bizim erməni qəhrəmanlarımız öldülər, bəsdir bütöv bir erməni nəsli qırıldı, bəsdir.


Get Nikola çağırışlar et.


Ayıbdır, heç olmasa susun... Əvvəlcə "Vətəndaş Müqaviləsi" partiyasının üzvü olan fərari nümayəndələrə, sonra digərlərinə çağırış göndərin. Qəhrəman oğlanların qanı bahasına hakimiyyəti saxlamalısınız, Sorosun şahidləri də yaşasınlar...


İclasda bu qədər danışdınız, qarşılıqlı güzəştə getmək qərarına gəldiniz?


Oturdunuz, qərar verdiniz ki, həll qarşılıqlı güzəştdir, hə?


Bəsdir bir-birinizi yediniz.


Nikol, uzaqlaşmağınla böyük bir milləti xilas edə bilərsən.


O oğlanlara təəssüf, atəşkəs.


Nikolun da düşünəcək çox şeyi var...


Arpine Martirosyan - Atəşkəs.
Arpine Arzumanyan - Birmənalı.


Xahiş edirəm, sülh, atəşkəs.


Ayıbdır, ayıb.


Susun, hamınız hərbi ekspert və diplomatsınız.


Müharibənin tez başa çatmasını istəyirsinizsə, əvvəlcə içərimizdəki müharibəyə son verin..


2000, 2001, 2002-ci il təvəllüdlər sizin kimləri üçün mübarizə aparırlar ki, siz rəylərdə bir-birinizi yeyəsiniz? Utanın və imkan verin rəhbərlər qərar versinlər.


Nikol başa düşüb ki, o, Rembo deyil və təkbaşına qalib gələ bilməz, buna görə də xahiş edib ki, bu insanlar ona kömək etsinlər.


Bəsdir, heç olmasa bu uşaqlara yas saxlayan analara bir az hörmət edin, sizin kimilərin azad və sakit həyatı üçün ölüblər.


Artur Avaqyan - Allah ruhlarını nurlandırsın.
Şuşan Saakyan - Təəssüf.


Və nə qədər, nə qədər Albertlər, dəhşətlidir.


Daha bəsdir.


Allahım, bizə kömək et, daha qardaş itirmək istəmirəm(((((((


Anna Narazyan - Çox təəssüf, çox.
Asmik Tovmasyan - Təəssüf.


Və belə nə vaxta qədər? Artıq bu meymunluqdan iyrəndik.


Müharibəni Meğriyə, Qafana, Sünikə çatdırdınız?


22 gündür fəaliyyət yoxdur, niyə gözləyirsiniz?


Sizin bu telefon danışıqlarınızdan yorulduq, yorulduq.


Artıq bir şey başa düşmürük, gün ərzində bir şey demirlər, nə baş verir, kimə inanaq, kimə inanmayaq.




Müharibə bəzi qurdlarda iştah açıb.


Heç olmasa danışmayın, susun.


Bəs niyə cəbhədə deyilsən?


Daha dözüləsi deyil, Uca Allah, yalvarıram, qoy bu müharibə bitsin.


Siz də vurun, kimi gözləyirsiniz?


Hər dəfə ürəklərimiz parça-parça olur, dözüləsi deyil.


Vay, Allah can, bəs deyil? Hər ölən qəhrəmana görə ağrı yaşayırıq.


Vah, kifayətdir.


Daha dözüləsi deyil...




Heç bir şey edilmir, yalnız ölənlərin sayını dinləyirik.




Bütün bunlar artıq dözülməz olur... nə qədər və nə vaxta qədər... bütün bunlara son qoyun... millət məhv oldu.


Dəli olmaq olar.


Vay, uşaq qalmadı.


Yaxşı, nə qədər olar? Belə ölərək hara çatacağıq?


Hara qədər, nə baş verir? Bu, qırğındır, dayandırın, Allahınız olsun.


Bu nə ağrıdır, Allahım.


Haradasan, Allah?


Bu ölənlər hələ ilk günün ölənləridir. Heç olmasa burada təmiz olun, doğru məlumatlar nəşr edin.




Qəhrəmanlara izzət... şiddətli ağrıdır...


Oxumaq istəmirəm, dəli oluram.


Daha bəsdir, bu qədər qurbanlar veririksə, hansı atəşkəsdən söhbət gedir? Hökumətimizdən xahiş edirəm, bu məsələyə tez həll verinslər. Hər gün bu qədər qurban, analarımız günahdır.




Nə vaxta qədər?


Nə qədər qırılacağıq?


Daha dözmürük. Təsəlli sözləri yoxdur. Hər adla ölürük. Şöhrət sizə, oğlanlar.


Nə qədər ərazi vermişik? Sən bunu de.


Bu nə meymunluqdur, bəsdir yalanlarınla aldatdın, artıq Qafana, Gorusa çatıblar, dayanmısınız meymunluq edirsiniz, bəsdir, nə qədər aldatmalısınız?


Ürəyim dözmür.


Allahım, nə qədər?


Allahım, kifayətdir.

Allah deyib şənbə və bazar günü işləmək olmaz?


Daha nəfəs almaq olmur, biz yaşayırıq, oğlanlar isə yoxdur, biz yaxşı və ya pis yaşamışıq, bəs onlar? Müharibəni dayandırın, dünyadan xahiş edin, artıq uşaq qalmadı.


Mən başa düşmürəm, buna son yoxdur? Daha uşaq qaldı? Oğlunu itirmiş anaların gözlərinə hansı üzlə baxacağıq? Bu nə ağrıdır başımıza gəldi.




Oturun, gözləyin, baxın ki, nə zaman Ermənistan istiqamətində vuracaqlar, yalnız feysbukda xəbərlər yayın.


Qoyuruq məhv etsinlər.


Bəs kimi gözləyirsiniz? Hələ bir nəşr edirsiniz? Gözəyin, İrəvana çatsınlar.


Və siz niyə gözləyirsiniz?


Bunlar satılıblar, yox, bağışlayın, baha satılıblar. Biz, ordumuz və vətənimiz. Millətimizə şöhrət. Qalib gələcəyik.


Bazar ertəsi. Bəs bazar ertəsinə qədər neçə adamın taleyi dəyişəcək, bilirsiniz?


Çağırış edin, qətnamə qəbul edin, məsləhətləşmə edin, hər gün və saat bizim üçün bahadır və baha ödəyirik, ay satılmış aysberqlər.


Sara Ohanyan - Bazar ertəsinə qədər neçə evin çırağı sönəcək?
Hayro Nanar - Haqlısınız.


Siz cavab verməyə nə zaman hazırlaşırsınız?


Axı biz niyə səssiz şəkildə izləyirik, başa düşmürəm. Cavab əməliyyatları nə zaman başlayacaq?


Bütün bunlar nə qədər davam etməlidir?


Kifayətdir, nə vaxta qədər?




Allah can, bəsdir qurban verdik.


Bu oğlanları bir həftə əvvəl basdırıblar. İndi daha çox ölənlər var. Hökuməti məcbur edin bir şey etsin. Oyanın, ermənilər.


Adamlar var 15 günün ölüləridir və basdırılıblar, bilmirəm bunun sonu nə olacaq.


Can, bizim qonşumuzun uşağı 27-si ölüb, hələ yazmayıblar.


Camaat, qonşumuzun oğlu artıq 5 gündür ölüb və adını hələ yazmırlar.


Camaat, bu siyahıdakı Antonyan Anton Baqratı 10 gün əvvəl göndərmişik.


Allahım, kifayətdir, kifayətdir, daha dözüləsi deyil.


Vay, bəsdir, daha dözmürəm. Allah can, bir şey et, bu uşaqlar günahdır.


Allah can, cavan oğlanlarımızı itirməyimiz hələ nə qədər davam etməlidir?


Allah, bu müharibəni dayandır.


Dəhşətli ağrıdır. Hamısına əbədi izzət.


Biz bu qədərindən sonra necə yaşayacağıq?


Allah can, xahiş edirəm, daha heç bir qurban... artıq dözüləsi deyil.


Bəsdir.


Görəsən hansısa ölkədə ağlı başında olan bir səfirimiz var?


Niyə aldadırsınız?


Bəs Qonsalesi, professor Liskanı, onun oğlunu, Saşiki, Serjikin kürəkənlərini niyə orduya çağırmırlar?


Bunlar bizi ələ salırlar.


Kifayətdir, kifayət... Günahıq.


Sülh istəyirik, bəsdir...


Allah can, bəsdir, daha dözmürük.


Ruhum ağrıyır, daha heç bir şey hiss etmirəm.




Biz bu ağrıya necə dözəcəyik?


Hamı yazır və müraciət edir, ancaq konkret addımlar atan yoxdur...


Allah can, bütün bunlara son ver, xahiş edirəm.


Bəsdir, bizim erməni analarımız günahdır.




Yaxşı, ara, nə qədər və nə vaxta qədər? Bu nəsli qırdınız.


Vah, artıq dözülməzdir.


Daha dözmürəm.


Həqiqətən dözülməzdir, daha dözmək olmur, günahsız uşaqlarımız günahdır.


Adları qoraxaraq oxuyuram...


Tanrı, nə qədər evin çıraqları sönməlidir? Ah, uşaqlarımız günahdır. Allahım, bu sahibsiz müharibə nə zaman başa çatacaq?


Vay, ana can.


Ermənistan silahlı qüvvələrinin iki hərbi qulluqçusu əsir düşüb


Nə desinlər, vətənə xəyanət etmək müqabilində nə qədər pul götürüblər? Bunlara tüpürmüşəm. Cavab verməlidirlər.


Aprel müharibəsində ölənlərə görə cavab verə bilmirlər, komissiya yaratdılar və nə? Bu ölənlər üçün nə etməlidirlər, deməlidirlər? Xalqın başını yeyirlər, bəsdir, gəlin sərhəddə dayanın.


Vah, hər şey nə zaman sona çatacaq?




Bəsdir, bunlarla bir dil tapın, uşaqlarımızla nə edirsiniz?


Vay, yenə yox, bəsdir, uşaqlarımız günahdır, qırıldılar, bütöv bir nəsil itirdik.


Son verin, bəsdir, başqa şey düşünün, kimdən istəyirsiz yardım istəyin, ancaq davam etməyin!!!!


Daha dözüləsi deyil, xahiş edirəm, bir şey edin, bu şəkildə davam edə bilməz.




Dinləyin, bütöv bir millət məhv olur, başa düşürsünüz?


Cənab Paşinyan, siz də mövqeyinizi dəyişin, əsgərlərimizin təhlükəsizliyini təmin edin.


Biz analara heç nə lazım deyil, bizə yalnız oğullarımız lazımdır, başa düşürsünüz? 18 yaşlıları atəşin ağzına aparıb başlarını yeyirsiniz, sonra da deyirsiniz ki, qoy sizin oğlanlarınız qəhrəmanlar olsunlar... Bizə qəhrəmanlar lazım deyil.


Bəs kim cavab verəcək? Və ya sən bütün bunların qarşısını almaq üçün nə edirsən? Heç bir şey. Bu qədər ailələr dağıldı, valideynlərin gözlərinə necə baxacaqsınız?




Hermine Hakobyan - Nə vaxt yaxşı bir xəbər eşidəcəyik?
Arcvi Hovhannisyan - Görəsən biz tərəfdən nə qədər itki var?


Daha qurban verməyə adam qalmadı, bəsdir.


Bir şey edin, uşaqlarımız qırıldılar, nə qədər olar?


Rusiyadan yardım istəmək lazımdır.


Bu vəziyyətdən çıxmaq üçün çıxış yolumuz var, bu qədər danışırsınız, danışırsınız, oğlanlarımız hər saniyə məhv olurlar.


Allah can, nə vaxta qədər, nə vaxta qədər belə qurbanlar verməliyik?


Cavanları ön xəttdən çıxarın, uşaq qalmadı, sağ cavan nəsil öldü.


Dayandırın, bu nədir edirsiniz?


Daha deyəcək söz tapmıram.


Daha dözmürük, nə zaman başa çatacaq?


Bəs deyil?




Paşinyan, istefa ver, millət qırıldı.


Yox, biz müharibə istəmirik, o, heç bir yaxşı şeyə gətirib çıxarmayacaq.




Vah, Allah can, günahsız uşaqlarımızı xilas et.


Artıq bəsdir, ürəklərimiz parça-parça oldu, nə vaxta qədər?




Bəsdir, nə vaxta qədər, Allahım. Övladlarımızı tamamilə itiririk. Gənc nəslimizdən adam qalmadı.


Dəli olmaq olar((((((


Nə qədər olar?


Kifayətdir, kifayət, bütöv bir nəsli qırdınız, son verin, nə düşünürsünüz, bir şey edin, nə qədər ailəni bədbəxt etdiniz.




Bizim rəhbərliyimiz düşünmür, çünki onların uşaqları ölmürlər.


Nə vaxta qədər, Paşinyan, bütün bunlar nə zaman dayanmalıdır?


Nə vaxta qədər? Nə qədər?


Biz buna hazır deyilik, bu nədir baş verir, Allahım.


Daha deyiləsi söz yoxdur, daha dözüləsi deyil, kifayətdir kifayət, Allah, bu müharibəyə son ver, oğlanlarımız evə gəlsinlər... Allah bütün qəhrəmanların ruhunu nurlandırsın.


Daha... daha... daha... bu şəkildə nə qədər, nə vaxta qədər? Allah can, bir şey et, bütün bunları dayandır, daha dözüləsi deyil.


Kədərli xəbər... daha 17 qurbanımız var


80% ermənistanlı Qarabağ torpağını müdafiə edir. Artıq bütöv bir nəsil öldü.


Əmin olduq ki, Rusiya olmadan təkik.


Rusiya yanımızda olmasaydı, türk və azərbaycanlı Ermənistanı məhv etmişdi.


Vəziyyət çox ciddidir((


Nikol, sənin üçün təəssüf edirəm.


Nə vaxt istefa verəcəksən?


Anna Hakobyan (Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı), səsini kəs, sənin danışmaq üçün heç bir hüququn yoxdur, heç bir.


Bəsdir, artıq dözmürük.


Daha gözləmək olmaz, qırıldığınızı başa düşün, bir şey edin.


Xalqımızı öldürdülər, bəs sizin sərt addımlarınız haradadır?




Eyni şeyi eşitməkdən artıq iyrəndik... yazıq uşaqlar


Su-30SM-i niyə almısan başa düşmürəm.


Niyə Hadrut haqqında bir şey demirsiniz?


Allah can, kömək et, millətimizi xilas et, qoy bir daha heç bir qurbanın adını eşitməyək.


Görəsən Burundidə Ermənistanın yerini bilirlər və ya bilirlərmi ki, gündəlik neçə gənc ölür?


Bu müharibəyə son qoyun... nə qədər olar... bir həll tapın... daha dözmürük, müharibə istəmirik.


Bunun üçün deyirəm Nikolu uzaqlaşdıraq ki, hər şey öz yerinə düşsün.


Bu qədər cavan uşaqların itkisi çox ağrılıdır.


Heç olmasa bu 2000-2001-ci il təvəllüdlü uşaqları cəbhə xəttindən geri qaytarın, sağ halda qırıldılar.


Allahım, xahiş edirəm, bu müharibəni dayandır, gənclərimiz, əzab çəkmiş millətimiz günahdır. Hər gün bu qədər günahsız qurbanların adlarını oxumaqdan dəli olmaq olar...


Bizim oğlanlarımızın hesabına uzunmüddətli müharibə istəyirsiniz? Oturun başqa həllər düşünün, insanları psixoloji cəhətdən pozdunuz.


Bəsdir, bizə uzunmüddətli müharibə lazım deyil. Artıq iyrəndirdiniz, bizim cavan oğlanlarımızın hesabına uzunmüddətli müharibə istəyirsiniz. Belə bir şey olmayacaq. Gedin rusun qapısını döyün, qoy gəlsin bu milləti xilas etsin, silah və sursat olmadan bizim cavanlarımızı qırdığınız bəsdir.


Biz bütöv bir nəsil itiririk.


Yaxşı, daha bəsdir, ürəyim parça-parça olur.


Talış haqqında bir şey demirsiniz.


Maraqlıdır, bu atəşkəs haradadır... məhz bu anda Xankəndi bombardman edilir.


Aydından da aydındır ki, Zas Azərbaycanın qohumudur, niyə dəstəkləməlidir?




Bəs siz məsələni həll etmək istəmirsiniz?


Qarabağ bu sınağa tab gətirməyəcək.




Ermənistanda yaşayan yəhudiləri ön xəttə göndərmək lazımdır.


Bəsdir, xahiş edirəm, dayandırın.


Həqiqətən bəsdir.


Xahiş edirik, bir şey edin ki, hər şey bitsin, əsgərlər günahdır.


1 yox, 2 ölü.



Artıq 3 ölü.


29 ildir uzadılan müharibə, ağır dövr yaşayırıq.




28 yeni ölü.


Vax, bu nədir, nə qədər uşaqlar itirdik.




Yetər.


Allahım, dözmək də olmur.


Əsgərlərimizə, millətimizə vax, Allahım, bütöv bir yeni nəsil öldü.


415 ölü, Allahım..., nə qədər də əsir, itkin düşmüş və düşmənin sahəsində olan insanlarımız var, bu da hələ naməlumdur.


Rus haradadır?


Siz kimi gözləyirsiniz?




Belə bir şey yoxdur, şəhərə (Qafanı nəzərdə tutur) heç bir zərbə olmayıb.


Qafana zərbələr olmayıb.


Bir neçə dəqiqə öncə zərbə vurublar.


376 ölü.




Təəssüf, oğlanlarımız, min təəssüf.


Atəşkəs lazımdır.


Yaxşı, oturun, istədiklərinə çatana qədər gözləyin.


Bəs deyirsiz atəşkəsdir?


Bütöv bir nəsil.


Atəşkəs tələb edirik.


Kaş ki, həmişəlik atəşkəs olsun, bütöv bir nəsil qırıldı.


Müharibəni bitirin!!!! Yeni həbslərdən danışın!!!


Uşaqlarımız günahdır, qırıldılar, hər şey edin ki, sülh olsun.


Bu qədər itki veririk, Allah can.


Ümid edirəm əsirlərimizin başından 1 dənə lazımsız tük belə düşməyib...



İnşallah bitsin, heç vaxt təkrarlanmasın və bütün əsgərlər tamamilə sağlam evə qayıtsınlar.


Kədərli xəbər: az əvvəl Qarabağ Müdafiə Ordusundan 30 nəfərin öldüyünü bildirirlər.


Daha 26-sı, ümumi 376.


Bəsdir.


Allah can, bəsdir...


Allahım, nə vaxta qədər belə davam edəcək? Bəsdir.




Niyə bir şey düşünmürsünüz, ağrılı və çox ağrılıdır, 2000-2002-ci ilin nəsli məhv edildi, dəhşətlidir.


Xankəndi yenidən reket atəşinə tutuldu.


Allahım... nə vaxta qədər((




Allahım, nə vaxta qədər? Uşaqlarımız günahdır.


Ən güclü Allah, bəsdir, xahiş edirəm, bəsdir.


Yenə, yenə, yenə... bəsdir, artıq dözməyə güc yoxdur.


Müdafiə Ordusu döyüşlərdə ölmüş daha 26 hərbi qulluqçunun adını açıqlayıb.


Yenə, ara, mən artıq dəli olacam.


Bəsdir ... (((




Ah, ağrı necə də ağırdır.


Çünki eşşək qulağında yatmışdı.


Eşşəyin üzərində palan olmadı. Bizim üzərimizdə də Milli Təhlükəsizlik Xidmətinin direktoru.


Məgər doğrudurmu ki, Ermənistanın müxtəlif vilayətlərində casuslar var?


Allah can, bu müharibə tez bitsin.


Müharibədən sonra hamısını meydana gətirin və güllələyin.


Allah, xahiş edirəm, yalvarıram.


Sən niyə sərhəddə deyilsən?


Mənasız məxmərin acı meyvələrini hələ uzun dadacağıq.




Bəsdir meymunluq etdiniz.


Bəsdir yalanlar üfürdünüz!!!


Gecə ərzində düşmən Xankəndini raket atəşinə tutmağa davam edib.


Hadrut şəhərini hədəf alırlar.


Xahiş edirəm rəqəmlər yazmayın. Hamımız nə qədər itkimiz olduğunu bilirik. Qoy düşmən yenidən qəhrəmanlarımızın sayını hesablamasın.


Bəsdir.



Şouların zamanı deyil, ediləsi daha vacib işlərimiz var. Oyanın.



Arpi can. İndi 320 dəqiqdir? Biri 331 yazıb.



Daha 40-ı. Ümumi 320.




Ölüm-dirim mübarizəsində daha 40 hərbi qulluqçunun adı. Ümumi 280 ölümüz var.


2000-ci ilin nəsli yox oldu, özünüzə gəlin.


Vax, vax, çox təəssüf edirəm, bir şey edin, dayandırın, kifayət oldu.


Bəsdir, nə qədər 18 yaşlı yaxşı oğlanları qurban verdik. Torpaq artıq ağırlaşıb.


Allahım, belə nə qədər? Dəli olmaq olar.




Allahım, əksəriyyəti uşaqdır... uf, uf.


Bu nədir, bəsdir.


Allahım, dəhşətlidir, əbədi izzət.


Vaaaaay, uşaqlarımız günahdır, Allah, yalvarıram, millətimizi xilas et.


Nə vaxta qədər? Nə vaxt bitəcək? Allah ruhlarını nurlandırsın.


Nə vaxta qədər uşaqlarımızı qırmalıdırlar, bəsdir.


18-20 yaşlı hərbi qulluqçuları ön xəttdən çıxarın. Yazıqları amansızcasına qırdılar.


Dəli oluram, Rəbb Allah, bu bəlanı dayandır.


Və hələ dünya sakitdir.


Bəsdir, daha nə düşünürsünüz, günahsız uşaqlar ölürlər.


Bəs siz kimi gözləyirsiniz? Bəsdir uşaqları qırdılar, niyə gözləyirsiniz?


3 gündür heç bir yenilik yoxdur, Allahım, sonu nə olacaq?


Allah can, tez atəşkəs olsun.


Ayıbdır, nə korona, uşaqlar sərhəddə ölürlər, siz isə meymunluq etməyə davam edirsiniz.




Bunların dar toplanışlarından sonra ölkədə yeni fəlakət başlayır.


Sona Marqaryan - Mən dayandırmaqla razıyam. Çünki heç kim bilmir orada nə baş verir. Analarımız günahdır. Uşaqlarımız günahdır. Oğlanlarımız günahdır.
Marianna Azizyan - Bəli, qoy dayandırsınlar.
Arax Mkrtchyan - Bəs hansı şərtlərlə dayandırılsın? Qarabağ onların tərkibində?


Havada asılmış xəbərlərə əsasən, istefa məsələsi müzakirə olunur.


Седа Акопян - Vaxx.
Lusine Margaryan - Vax, vax, vax, işıqlarda qalsınlar.


Daha 21 ölümüz var. Ümumi say 222.


Anahit Avetisyan - Təəssüf edirəm, təsvirolunmaz ağrı yaşayıram...
Gayane Babakhanyan - Təəssüf...



Nə qədər davam edəcək, son verin, bir şey edin, əsgərlərimiz günahdır, erməni kişiləri öldürməyə, sonra da bizə keçməyə qərar veriblər, vay, bəsdir.


Müharibədir, onlar şəhərlərimizi dağıdırlar, uşaqlarımızı öldürürlər, biz isə sivil olduğumuzu izah edirik, məgər izah etməyə ehtiyac var?


Paşinyan, gənclərimizi qırmayın.


Səni itirmək bizim üçün çox çətin idi.




Erməniləri ən çox arxadan vuran millət bizim hesabımıza özünü vacib etmək istəyir. Satılmış ruhlar, iyrəncsiniz.


Kimi gözləyirsiniz? Uşaqlarımız günahdır, tez edin.


Vay Allahım.


Xankəndidə ölülərimiz var.


Cüt qardaşların ölümü dəhşətli idi.


Allah can, xahiş edirəm, müharibənin davam etməsinə imkan vermə.




Dünən gecə Tavuş səmasında iki PUA var idi.


İsraildə səfirlik açırdınız...


Bilmirəm kimi gözləyirsiniz, düz bütöv bir nəsil yox oldu, siz hələ gözləyin.


Ən yaxşı müdafiə hücumdur, müdafiə olunarkən daha çox itiririk.


Uzaqdan danışmaq asandır, çox düşünürsənsə, get döyüş.


Kifayətdir


Allahım, nə qədər itkilərimiz var.


Vaaaah


Vaah


Necə də utanmırsınız, bu qədər ölməz uşaqlarımız arasında heç olmasa 1 rəsminin yaxınını göstərin.




Bir şey demirsən.


Bəsdir danışdın, ön xəttə get.


Çmo, bəs sən niyə oğlanlarla türk qarşı döyüşmək üçün ön xəttə getmirsən? Yoxsa xəstəsən?




Az danış, yorulmuşuq, ön xəttə get, ay tloş.




Silahımız var, niyə uşaqlar ölməlidirlər?


Sənin kimi heyvan Baş nazirimiz olub, buna görə bu gündəyik. Heç olmasa səsini kəs, axmaq heyvan.


İsrail və İngiltərə səfirliklərinə qarşı nümayiş etmək lazımdır. Türkə qanad verən bunlardır.


Müharibənin ilk günündən Azərbaycana silah tədarük edən İsrailin səfirliyi qarşısında da nümayişlər baş tutmalıdır.


Ah, Allah.


Bəs siz niyə yeni qüvvələr tətbiq etmirsiniz, əlbəttə, əgər hər şeyə malik olduğunuzu düz deyirsinizsə... artıq insanlar inamlarını itirirlər.


Tarix həmişə Gürcüstanın əsl üzünü göstərib.


Nikol, 88 fərarini götür və oğlanların yanında dayan, ancaq sizdən nə oğlan, geylər.


Siz də oturun, gözləyin.


İsgəndərləri çıxarın, xahiş edirəm, bəsdir qurbanlarımız oldu, xahiş edirəm.


İyrəndik artıq, siz də raket hesablayırsınız, heç olmasa Smerçlə vurun.


Bəs biz kimi gözləyirik?


Kədərli xəbər. Dərin ağrı ilə bildiririk ki, erməni tərəfinin daha 51 ölüsü var. Müdafiə Ordusu ölənlərin adlarını açıqlayıb.


Maraqlıdır, İsgəndəri kim üçün saxlayırsınız?


208 ölü, bizim üçün böyük rəqəmdir, bu, 1915-ci ilin davamıdır, sözlər tapmıram.


Yazıq uşaqlar, nə vaxta qədər?


Halqa əməliyyatı zamanı artıq rus sülhməramlılarını görmüşük, Şaumyanı ermənilərdən necə boşaltdıqlarını və Azərbaycana hədiyyə etdiklərini unutmamışıq.


İyrənc Nikol, sənə nifrət edirik!


Bu, artıq çox uzandı, balalarımızı xilas edin.


Bu, artıq sondur, Uca Allah, kifayətdir.


202 ölü, 202 evin çırağı söndü.


Və əsasən 18-20 yaşlılardır. Axı niyə onları ön xəttə aparırlar?


Cordonnerie Serrurerie de Notre Dame Limite - 201 ölümüz var.
Hripsime Pepisyan - Təəssüf edirik, ancaq müharibədir.


Laçın körpüsünün bombardman edilməsi doğru idi?


1 gündə 54 əsgər ölüb! Bizim işıq kimi oğlanlarımız!


Nə qədər adam öləcək? Dolu, güclü silahlarımız var, kim üçün saxlamısınız?


54 yeni qurban, 54 gənc həyat, Allah, haradasan, haradasan, bizi neçənci həyat üçün sınağa çəkirsən?


Biz ermənilərə və ruslara icazə vermir, türklərə və yəhudilərə isə çox yaxşı icazə verir (söhbət Gürcüstandan gedir - red.).


Niyə rəsmi olaraq elan etmirlər?


Allahım, nə vaxta qədər?


Janna Stepanyan - Allahım, bu qədər qurbanlara görə kim cavab verəcək?
Аида Маргарян - ((((
Samvel Margaryan - Niyə rəsmi açıqlamalarda yoxdur?


Artash Hakopyan - ((
Anahit Manandyan - Adlar hələ məlum deyil?


Bu qədər uşaqların valideynlərinə nə cavab verəcəksiniz, qüvvələrinizi işə qoyun, nə yatmısınız, uşaqlarımız günahdır.


Laura Stepanyan - Vay, Allah, sən nə edirsən?
Karine Harutyunyan - Dəhşətlidir.


Daha nə qədər olar, artıq dəli olduq, bəsdir, İsgəndərlə vurun, kifayətdir.


Ölümləri görürük, daha da dəli oluruq.


Norayr Artur - (
Manush Hovhannisyan - Yaxşı, qurbanların sayını nə qədər deməlisiniz ki, bu sahibsiz İsgəndəri işə salasınız?
Gyulnara Mkrtchyan - Vax vax vaxxx


Bu İsgəndəri kim üçün saxlayırsınız? Uşaqlarımız günahdır, bəsdir.


Baş nazirə etimadsızlıq göstərin, uzaqlaşdırın və KTMT-yə siz müraciət edin!


Bəs kimi gözləyirlər? KTMT-yə müraciət etmək lazıdmır, neçə qurban olmalıdır ki, müraciət etsinlər?


Təəccüblənirəm... PUA-ların Kotayk və Qeğarkunikə necə çatdığını izah edin. Sərhədlərimizdə HHM yoxdur?


Haradasan, Nikol, komandan haradadır? Artıq Ermənistanı vurur.


Allah can, yardım et.


Vurun. Gözləyirsiniz günahsız insanları da vursunlar? Əsgərin başını yedilər. Oğlanlarımıza min təəssüf.


Siz hələ gözləyin. Bakını vurmayın. Su anbarını vurmayın, günahdır.


Hörmətli Baş nazir, HHM-n malik olduğu S-300-ün susması yolverilməzdir. Bunların hava qüvvəsi diqqət çəkmədən uçmamalıdır.


Bir az cəldləşdirin. Burada uşaqlar yetim qalırlar.


Atışma bəsdir, axmaqlar.


5 nəfər 80-90 yaşlı)) 2002-ci ildə doğulmuş uşaqlar sərhəddə ölürlər!! İndi bunun zamanıdır?


Adını deyin, xaini tanıyaq.


Təəssüf, yaxşı və pis tərəflərlə tarix təkrarlanır.


Bəsdir, ayıbdır.


İnsanları qəzəbləndirməyin. Öz uşaqlarınızı göndərin.


Mən iki gündür qərb sərhədlərimiz yaxınlığında türk PUA-ları izləyirəm. Üstəlik, dünən axşam FR24 saytı hücuma məruz qalmışdı və bu gün günortaya qədər əlçatmaz idi.


Heç nə deməyən video.


Niyə Tsarukyan, Köçəryan və s. kimi varlıların biclərini aparmırsınız?


Şuşanı bombardman ediblər.


Cənab Hovhannisyan, öz əsgərindən xəbəri olmayan analar nə etsinlər?



Bütün hərbi hissələrdən danışırsınız, ancaq Cəbrayıldan heç bir xəbər yoxdur, nəsə bir şey deməyəcəksiniz?



Ölənlərin böyük hissəsi 18-20 yaşlılardır, təcrübəli komandirlər, heç olmasa cəbhə xəttində olun ki, bu qədər gənc qurban olmasın.


Bəs dünya nə düşünür?


Ölənlər var.


Niyə gözləyirsiniz ki, İrəvanı vursunlar?


Gev Avetisyan - Arxayın şəkildə vururlar, bizi niyə gözləyirik?
Anuşik Bablumyan - Kimi gözləyirsiniz, niyə?



Əsgərlərdən bir xəbər yazın, nə qədər gözləmək olar, artıq neçə gündür oğlumuzla əlaqə saxlaya bilmirik.


Könüllülər avtobusda olublar.


Vah Allahım.


Bir nəfər qarabağlı qurbanımız yoxdur?


Sərhədə get, kimi gözləyirsən?


Gürcüstana dincəlməyə getməyin, qoy acından ölsünlər.


Dəhşətlidir, 2000-2002-ci il təvəllüdlü nəslin əksəriyyəti yox olur, Allah ruhlarını işıqlandırsın.


Gözləyirsiniz parad olsun, İsgəndəri çıxarasınız?


Bəs KTMT haradadır?


Könüllüləri də gəlməyə qoymurlar! Eşşək gürcü milləti.


Gayana Martirosyan - Bu, düşünülmüş qırğındır.
Eva Babayan - Hamısı da cavan (((((


Niyə 2000-ci il təvəllüdlülər ön xəttdədirlər?


Bəs siz nəyi gözləyirsiniz, onlar bunlardan istifadə edirlər, sizin də İsgəndəriniz var, vurun uçurun.




Ağrılıdır...


Haqlısınız, təcrübəsiz uşaqların itkisi çoxdur.


Adamın ürəyi də dözmür.


Nikol, İsgəndərləri açıq qoy, niyə gözləyirsən, hamı öldü.


Hərbi çağırışdan qaçanları güllələmək lazımdır.



Paşinyanın, generalların, nazirlərin və oliqarxların oğulları gedib şəkil çəkdirirlər və hamıya bildirirlər ki, döyüşürlər. Niyə nə vaxtsa hansısa bir rəsminin və varlının oğlu ölməyib? Çünki mövqeyə getməyiblər və döyüşməyiblər.



Bəs biz niyə gözləyirik? Uşaqlarımız günahdır.



Ağrılıdır, çox ağrılıdır, Allah...



Bu beyinsizlər hələ toy haqqında düşünürlər.


Bunları ön xəttə çıxarın, bəsdir uşaqları qırdılar.


Qoy Nikol öz ölsün, niyə bizim qardaşlarımız ölsünlər və valideynlər yas saxlasınlar?


Aldadırlar.


Bunlardan nə komandir?


İndi də meşələri atəşə tutacaqlar.


Təəssüf sözləri tapmıram, Allah ruhlarınızı işıqlandırsın.


2000, 2001-ci il təvəllüdlü oğlanlar ölürlər, bu nədir baş verir?


Bəsdir günahsız qurbanlar verdik, bunların naləsini aradan qaldırın. Günah bizim millətdədir.


Bəs avropalarda və qalan ölkələrdə bizim ermənilərimiz niyə yatıb qalıblar, heç bir nümayiş və hərəkət etmirlər? İyulda çox aktiv idilər, indi isə yatıb qalıblar.


Ay eşşək, hazırda 18, 19, 20 yaşlı uşaqlar ölürlər, sən yumşaq, isti kresloda oturmusan, hansı 16-cı ildən danışırsan? Ay axmaq, sənin heç beynin yoxdur?


Anait Proxoryan - Min təəssüf.
Qayane Avetisyan - Yaxınlarına başsağlığı veririk!!!


Həqiqətən niyə 2001, 2002-ci il təvəllüdlü uşaqlardır?


Millətimiz, uşaqlarımız qırılırlar, bir şey etmək lazımdır.


Nikol, niyə oğlun və ordudan qaçmış komandan sərhədə getmir?


Yetər!


Bu təcrübəsiz uşaqları çıxarmayın, bəsdir ölüm.


Bilmirsən nə edəsən... Dünyanın gözləri və qulaqları yenidən bağlıdır...


Bu vəziyyətdə ordunun yanında olmaq əvəzinə yenə də feysbukdan ayrılmır.


Brayzanın həyat yoldaşı türkdür, başqa nə gözləyirsiniz?


Bəs bizimkilər niyə istifadə etmirlər, kimi və ya nəyi gözləyirlər?


10 gün sonra Serjin həbs olunması məsələsinə qərar verilməli idi, bu, Serjin əl işidir ki, onu unutsunlar.


Doğrudur, hələ həftələr əvvəl Azərbaycan mövqeləri möhkəmləndirirdi, bütün mətbuat bu barədə danışırdı, lakin siz 17-ci ilin 10000-nin arxasınca düşmüşdünüz, hazırkı vəziyyətin ciddiliyini başa düşə bilmirsiniz.


Kimə maraqlıdır ölkədə müharibədir, siz koronanın yayılmasını müzakirə edirsiniz.


Bir az oyanın və mövqeləri geri qaytarın, bəsdir təriflədiniz. Müharibədir.


Rusdan, Lavrovdan, Putindən uzaq, rusdan heç bir yaxşı şey gözləməyin.


Dəhşətlidir.


Bu virusu buraxın, daha vacib olana keçin, indi virus vacib deyil, hazırkı an üçün əsgərlərə dəstəyimiz vacibdir.


Başlayanda hamınız görəcəksiniz, hələ başlamayıb, gözləyin.


Hə, onlar Twitter-də də qəbul edirlər ki, Bayraktar tətbiq ediblər.


Bizim HHM qoşunlarımızı bunlarla vurublar.


7 kəndlə bağlı şərh verin, dedi-qodudur, yoxsa yox?


İstefa ver!


Hasmik Bağdasaryan - Müharibəyə yox.
Laura Varderesyan - Müharibəyə yox.


Erməni xalqı Rusiyaya qarşı inamını çoxdan itirib və yalnız öz qüvvələrinə güvənir.


Yerkrapahda əmr gözləyir? Siz birinci orada olmalı idiniz.


16 ölü, 100 yaralı.


Mənim addımçı məxməri deputatlar sizin rəhbərliyiniz altında ön xəttdə olmalıdırlar.


Sərhədə gedin, bəsdir çıxış etdiniz.


Dəqiqləşdirilmiş adlar olmadan itkilərin sayını demək nə dərəcədə doğrudur? Adamın ürəyini çatladırlar.


Adlar, xahiş edirəm


Bəs biz kimi gözləyirik?


Çox ağrılıdır.


Bəs erməni tərəfi niyə yatıb?


Nikol müharibədir.


Qardaş, söhbət hansı mövqelərin itirilməsindən gedir?


Daxili düşmən səbəbilə xarici düşmən aktivləşdi.



21-ci əsr və hələ müharibə... niyə bu qədər günahsız qurbanlar ölməli idilər, bu məsələni həll edin, bəs oldu, hamı dinc səma altında yaşamaq istəyir...


Di səni görək mövqeləri qorumağa necə gedirsən, Annanı özünlə götürməyi unutmayasan.


Sərhədə gedin, orada danışın, bu stulu möhkəm tutaraq danışmaq o qədər də faydalı deyil.


Təhlükəli sükut


Doğrudur, Talış ərazisində mövqe itkilərimiz var. Prezidentin mətbuat konfransını dinləyin.


Hansı mövqeni itirmişik?


Təəssüf ki, bu, doğrudur, mən H1 kanalından mətbuat konfransına baxmışam.


Belarusun Белорусь 1 telekanalı 14 zenit sistemimizin sıradan çıxması barədə məlumat verib.


Xahiş edirik, ölənlərin adlarını açıqlayın.


Camaat, Ararat vilayəti ilə sərhəddə sakitçilikdir? Səslər eşidirəm, atışmalara oxşayır...


Təəssüflənirlər... bütün analara səbr


Vaah, 2002


Bəs Yerkrapah? Hələ kabinetdə əmr gözləyirlər?


Doğmalarına başsağlığı verirəm.


Garen Karapetyan - Müharibə başlayıb.
Silvik Kirakosian - Bəli.


Bu nikol qoy bir silah tutmağı öyrənsin, yeni çağırış etsin.


Dəhşətlidir, çox amansızdır, başsağlığı verirəm.



Artıq dəli oluram.


Gecə necə olub? Yeni bir şey deyin.


Bizim gözəl oğlanlarımız.


Vaah, oğlanlar can, xahiş edirəm, möhkəm olun.


Allah can, qoy hər şey tez bitsin.


Sərhəddən nə yenilik var?


Nə zaman bitəcək?... Allah qorusun.


Bizim silahlarımız haradadır? Hamısından istifadə edin... uşaqların həyatlarından baha deyil... bizim smerçlərimiz haradadır?... niyə gözləyirsiniz?


Bu yeni getmiş 18 yaşlıları niyə posta çıxarırsınız?... təcrübəsizdirlər.


Çağırış etməyiniz bəs oldu, real addımlar atın.


Kimi gözləyirsiniz, layiqli cavab verin.



Asmar Voskanyan - Bizim artıq iki ildir nə Xarici İşlər Nazirliyimiz, nə də səfirlərimiz var...
Gohar Harutyunyan - Bəs əvvəl olub?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031