heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

ABŞ prezidenti Co Bayden qondarma erməni «soyqırımını» tanıyıb

27-04-2021, 13:25 15 dəfə baxılıb




24 aprel tarixində ABŞ prezidenti Co Bayden ermənistanın qondarma soyqırımın tanınması ilə bağlı
bəyanat verib. Amerika prezidentinin atdığı bu addım ikili standartların təzahürüdür. 100 il bundan
öncə uydurulmuş yalançı soyqrım haqqında bəyanatlar yayarkən 30 ilə yaxın müddət ərzində erməni
vandalları tərəfindən törədilmiş Xocalı, 31 mart soyqırımlarına hələdə ədalətli qiymət verilmir. 1915-ci
ildə baş verənlər hərkəsə məlumdur, bu cür aktlar bəyanatlar tarixi gizlətməyə çalışmaqdır, bu işlərin
aparılması məhz o tarixçilərə məxsusdur siyasətçilərə deyil. Hər daim özünü təhqir edilən ölkə kimi
qələmə verən ermənistan vaxtilə Türkiyənin hadisələri yaxından araşdırmaq təklifini rədd edib. Bunun
səbəbi isə gerçəkləri gizləmək, «uğurlu» siyasət qurmaqdır. Bu cür bəyanatın ABŞ prezidenti
tərəfindən verilməsi regionda əlaqələrə mənfi təsir göstərəcək. Əgər bu qondarma soyqırımdan bıhs
edilirsə, o zaman ermənilərin Türklərə və Azərbaycan xalqına qarşı törətdiyi istehkamlardan,
terrorlardanda danışmaq lazımdır. Bu soyqırımlar dünya müstəvisində tanınır lakin bəzi ikili standart
siyasəti yeridən siyasətçilər bunu qəbul etmirlər. Burda heç bir xeyir iş yoxdur. Tarixə nəzər salınsa və
gerçəklər göz ardı edilməsə, ədalətli qiymət verilsə problemlər həll olunacaq. Türkiyə Prezident
Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun 1915-ci il hadisələrinin
«soyqırım» kimi tanınmasının «həqiqətlərlə heç bir əlaqəsi olmayan və yalnız siyasi hesablamalara
söykənən böhtan» kimi səciyyələndirib və Türkiyə həqiqətləri üzə çıxarmaq üçün bütün imkanlardan
istifadə edib lakin erməni tərəfi razılaşmayıb çünki onlar həqiqətləri özləri başa düşürlər. Bu isə onların
ABŞ kimi güclü dövlət ilə əlaqə qurmasının qarşısını alacağı üçün geri addım atırlar. Əgər bu cür
bəyanatların məqsədi tarixi faktların obyektiv araşdırılmasıdırsa, o zaman bu cür hadisələr tarixçilər
tərəfindən araşdırılmalı bəyan edilməlidir, siyasi istəklər üçün qondarma, əsassız soyqrımlar
tanınmamalıdır.
Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi Hüseynli Elşən






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31