heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Tarix daima gerçəkləri anımsadacaq!

27-04-2021, 13:38 39 dəfə baxılıb


















El arasında deyilən belə bir ifadə var ”öz qoynumuzda ilan bəsləmişik”.Məqaləmə bu sözlə
başlamam səbəbsiz deyil.Azərbaycan xalqı uzun illər boyu ermənilərlə öz torpaqlarını
bölüşmüş,mehriban qonşu olmuşdur.Lakin etdiyimiz yaxşılıqlar bizə pislik kimi geri
dönmüşdür.Ermənilər ölkəmizə,hətta qardaş Türkiyəyə qarşı torpaq iddiaları irəli
sürmüş,onlara qarşı soyqırım törədildiyini iddia etmişlər.Osmanlı İmperiyasının ermənilərə
qarşı törətdiyi soyqırımı bütün dünyaya sübut etməyə və bütün dünyanı buna inandırmağa
cəhd göstəriblər. BBC News xəbər saytında bu hadisə haqda belə məlumat verir:”Ümumun
qəbul edilən belə bir tarixi fakt vardır ki, 1915-16-cı illərdə Osmanlı türklərinin onları
Anadoludan Suriya çöllərinə sürgün etdikləri zaman yüz minlərlə erməni həlak olub.
Onların ya öldürüldüyü, ya da xəstəlik və aclıqdan öldüyü söylənir.” Hadisələrin
başlanğıcı kimi isə:”1908-ci ildə Osmanlı imperiyasında hakimiyyəti ələ almış gənc
zabitlər qrupu (onlara “Gənc türklər” də deyilirdi) ermənilərə qarşı bir neçə tədbir
keçirmişdilər. Gənc türklərin İttifaq və İttihad Komitəsi 1914-cü ildə Almaniyanın
müttəfiqi kimi Birinci Dünya Müharibəsinə daxil olmuşdu.
Həmin vaxt Türkiyədə aparılan təbliğat erməniləri təxribatçı ünsür və Rusiyapərəst
“beşinci kolon” kimi təsvir edirdi.
Ermənilər 1915-ci il aprelin 24-nü sonradan “soyqırım” kimi iddia edəcəkləri
hadisələrin başlanğıcı kimi qeyd edirlər. Həmin gün Osmanlı hökuməti 50-dək
erməni ziyalını və icma rəhbərini həbs etmişdi. Onlar sonradan edam edilmişdilər.
Osmanlı ordusundakı ermənilər tərksilah olunub güllələnmişdi. Ermənilərin mülkiyyətləri
müsadirə olunmuşdu.”Bu gün Argentina, Belçika, Kanada, Fransa, Italiya, Rusiya və
Uruqvay “erməni soyqırımını” tanıyan 20-dək ölkənin sırasındadır.Günümüzdə bu
hadisənin aktuallaşmasına səbəb 24 aprel 2021-ci ildə ABŞ prezidenti Co Baydenin
çıxışı zamanı soyqırım ifadəsini işlətməsi olmuşdur.Qardaş Türkiyə bu hadisənin araşdırılıb
tarixi faktlarla üzə çıxarılması üçün birgə komissiya yaradılması təklifini irəli
sürmüş,araşdırmalar üçün isə öz arxivlərinin qapısının tarixçilərə açıq olduğunu
bildirmişdir.Düşmən dünyaya “qondarma erməni soyqırımını tanitmağa çalışarkən
Azərbaycan xalqı da ermənilərin bizə qarşı törətdiyi 1918-ci il Mart soyqırımını,xalqımızın
silnməz yarası 1992 26 fevral Xocalı soyqırımını dünyaya tanıtmağa çalışır.Azərbaycan xalqı
30illik həsrətə son qoydu,torpaqlarını geri aldı,əlbət buna da nail olacaq.Bir gün bütün dünya
Xocalı soyqırımını tanıyacaq,ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən
danışacaq.


Mustafayeva Aytac






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031