heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Uydurma “erməni soyqırımı” tarixi faktlar əsasında

27-04-2021, 13:42 23 dəfə baxılıb









İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Türk
millətinə qarşı qətliamlar həyata  keçirir, torpaq idiaları irəli sürür, böyük fəlakətlər və
soyqrım törədiblər. XX əsrin əvvələrindən Tûrk millətinə qarşı kütləvi qırğınları, yerini-
yurdunu tərk etmələri, sürgünlük etdikləri göz qabağındadır. Belə bir sual verək erməni
soyqırımı məsələsi necə və haradan meydana çıxdı? Nəyə görə türklər ermənilərə qarşı
qətliam törədiblər? Doğrudanmı belə olub?

Ermənilər iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırıblar. Tarixi
faktlara əsasən deyə biləriki  Türkiyənin xx əsrin əvvələrində başını qaşımağa macalı yox idi.
İngiltərə və Fransa tarixdə ən böyük donanma ilə Türkiyə üzərinə hücum etmişdi. 1915 ci ilin
aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Sadəcə olaraq,
ölkədə cinayətkar fəaliyyətinə görə "Daşnak” və "Hnçak” partiyalarının rəhbərləri həbs
olunub. Tarixi faktlar, arxiv materialları da dediyimizə sübutdur. Qondarma "erməni
soyqırımı” məsələsinin mahiyyəti belədir: Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər
XIX əsrin əvvəllərindən etibarən ona qarşı müxtəlif planlar cızırdılar. "Şərq məsələsi” adlanan
ideya da məhz həmin planların rellaşdırılması məqsədilə ortaya atılmışdı. Osmanlı dövlətinin
daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin
"qorunmaması” məsələsi bəhanə ola bilərdi. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci
ildə Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etdi və sözügedən soyqırımı
iddiası da bu dövrdən etibarən ortaya çıxdı. Güclənən erməni millətçiliyi Anadolunun
şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı
meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başladı. İlk üsyan 1890-cı ildə Ərzurumda
gerçəkləşdi, daha sonra Van, Sason, Adana üsyanları ard-arda baş verdi. Bu hadisədən sonra
1905-ci ildə Sultana sui-qəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Bölgədə təşkilatlanan
erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdirdilər.
Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin
türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə "Köç” qərarı
çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırımı günü kimi qəbul etdikləri 24
aprel günü 2345 erməni lider həbs edildi. Onların böyük əksəriyyəti kəndlərə hücum edərək

silahsız əhalini qıran cinayətkarlar idi. Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının
digər bölgələrinə səpələnməsini nəzərdə tutsa da, praktikada hər şey fərqli cərəyan etdi. Köç
karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara, həm də yollarda aclıqdan və
xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə
yerləşdirilə bildi.Göründüyü kimi hec bir qətliam və yaxud "soyqırımı”ndan söhbət gedə
bilməz. Sadəcə, ermənilər aprelin 24-nü ona görə "soyqırımı günü” kimi qeyd edirlər ki, köç
haqqında qərardan sonra onların dövlət yaratmaq istədikləri 6 vilayətdə onsuz da azlıq təşkil
edən ermənilərin sayı minimuma endirildi. Yəni onların Türkiyə ərazisində dövlət yaratmaq
xülyaları boşa çıxdı. İndi isə Con Baydenin uydurma və cəfəngiyat olan “soyqırım”
məsələsinə gəlincə fakta nəzər salaq. ABŞ eks-prezidenti Ronald Reyqanın hüquq müşaviri
Bruce Fein başqanlığında yaradılmış qrupun 1981-ci ildə hazırlayıb təqdim etdiyi raportdan:
"Ağ Saray araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını qətl etdiyi ortaya çıxdı.
Ermənilər, öz arxivlərini açmır, çünki bu gerçəyin ortaya çıxmasını istəmir, ermənilərin bu
iddiaları son dərəcə əsassızdır. Osmanlı İmperatorluğunun azlıqlara qarşı müdhiş sayıla
biləcək bir diqqət göstərdiyi həqiqətini unutmamaq lazımdır. Azlıqlar, öz dini azadlıqlarını və
həyatlarını son dərəcə rahat bir şəkildə davam etdirirdi. Erməni terror dəstələri I Dünya savaşı
əsnasında Fransa və Rusiya ilə birlikdə Osmanlıları öldürdü. Realıqda bu rəqəmin iki milyon
ətrafında olduğu bir gerçəkdir. Burada əsl əhəmiyyətli mövzu, ermənilərin xəyanətidir.
Osmanlı da özünü müdafiə etdi. Xüsusilə ABŞ-da yaşayan ermənilər, soyqırım yalanı ilə
böyük gəlirlər təmin edir. ABŞ rəhbərliyi də büdcəsinə böyük pullar döndüyü üçün
ermənilərin qarşısına almaq istəmir. Ermənilər israrla öz arxivlərini açmır. Çünki illərdir
soyqırım yalanı ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya
cıxacaq. Buna baxmayaraq, ermənilər 1965-ci ildən etibarən hər il aprelin 24-nü "soyqırım
günü” kimi qeyd edirlər. Faktları ustalıqla şişirdən ermənilərin və erməni lobbisinin hədəfi "4
T” adlanan tələblərinin yerinə yetirilməsidir: 1-ci "Soyqırımı”nın dünyada tanınması; 2-ci
Türkiyənin "soyqırımı” tanıması; 3-cü Türkiyənin "soyqırımı”na uğramış adamların
varislərinə təzminat ödəməsi; Beynəlxalq hüquq qanunlarına əsasən hesab ediliriki, dünya
ölkələrinin "soyqırım” qərarlarını qəbul etməsində 5 amil rol oynayir. Lakin xəyanətkar
erməni heç bir subut belə ortaya qoya bilməmişdir. Ermənipərəst dünya nə qədər dirəşsə də,
nə qədər erməni yalanları ilə həmrəy olsa da, Türkiyə baş verməyən bir cinayəti heç vaxt öz
üzərinə götürməyəcəyi bəllidir. Bu yolda can qardaşlarımıza təmkin və əzm arzu edirik. Yeri
gəlmişkən, dünya dövlətlərindən, ümumilikdə səlibçilərdən ədalət gözləməyi, nə vaxtsa daşı
ətəyindən töküb haqqı deməyi ummuruq. Çünki 105 yox, cəmi 29 il əvvəl bir gecənin içində
milliyyətinə və dininə görə məhv edilən xocalıları görən dünya hələ də susur və bəzən qatilin
başını sığallayır, onu müdafiə edir. 1992-ci il fevral ayının 26-na keçən gecə Xocalı şəhəri
erməni silahlıları tərəfindən yerlə-yeksan edildi, böyük sayda uşaq, qadın, qoca, dinc əhali
məhv edildi. Öldürülən insanların sayını 613 nəfər göstərdilər. Həqiqət budur ki, həmin gecə
2300 nəfərdən artıq adam erməni soyqırımının qurbanı olmuşdur. Xocalıda törədilən
soyqırımı bizim üçün ilk olay deyildi. Ermənilər müxtəlif illərdə minlərlə Azərbaycan kəndini
dağıtmış, yüzlərlə kəndi yer üzündən silmişlər. 1905-1907, 1914-1916, 1918-1920, 1948-
1953 və 1988-ci ildən bəri baş verən hadisələr erməni faşizminin,
vəhşiliyinin bariz nümunəsidir. 1918 ci ildə xalqımıza qarşı törətdikləri çoxlsaylı soqırımı
cinayətlərindən biridir. Həmin ilin mart-aprel aylarında qəsibkar ermənilər Bakıda,
Şamaxıda, Qubada, Muğanda və Lənkəranda 50 mindən artıq Azərbaycanlı öldürülmüş ,

soyğunçuluq etmiş və öz dədə-baba vətənindən didərgin salmışlar. Təkcə Bakıda 30 mindən
çox Azərbaycanlı əzabcasına qətlə yetirilmiş, Şamaxıda 8 mindən çox insan öldürülmüşdür.
Quba qəzasında, Lənkəran mahalında, Qarsda, Dağlıq Qarabağın dağlıq yerlərində və
Zəngəzur da ümumi 1920 ev dağıdılmış yüz otuz min insan amansızcasına öldürülmüşdür.

Alıyev Fariz






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31