heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Qondarma “erməni soyqırımı” iddiası tarixi həqiqətdən uzaqdır

27-04-2021, 14:15 30 dəfə baxılıb




Hər il olduğu kimi bu il də dünya erməniləri və onları dəstəkləyənlər aprelin 24-də
tarixdə olmayan və erməni yalanları əsasında gündəmə gətirilən qondarma
"soyqırımı"nı qeyd etdi.
Böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə
ermənilərdən bir vasitə kimi istifadə ediblər. Şərq məsələsinin kökündə isə
Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi olub. Türkiyənin bir dövlət
kimi məhv edilməsi, onun torpaqları hesabına bufer dövlətlərin yaradılması
dayanırdı. Habelə, həmin məsələ Şərq xalqlarına qarşı böyük dövlətlərin işğalçılıq
planlarının təzahürü idi. Ermənilər tarixi faktları zaman-zaman saxtalaşdırıblar.
Məqam düşəndə də qırğınları törədən xain, nankor daşnaklar olublar. Ermənilərin
Bakı, Şamaxı, Quba və digər bölgələrimizdə törətdikləri qırğınları, talanları bu gün
tarixi faktlar, sənədlər də sübut edir.
- Həmin sənədlərdə 31 Mart Azərbaycanlıların soyqırımı məsələsi də öz əksini
geniş tapır...
1918-ci ilin mart soyqırımının kökü Bakı ilə bağlı deyildi. Regionda Birinci
Dünya müharibəsində iştirak edən hər bir dövlətin öz marağı olub. Əsas məqsəd
Osmanlı dövlətini parçalamaq və ərazisində bir erməni dövləti qurmaq idi. XIX
əsrin 90-cı illərində ermənilər "böyük Ermənistan" deyilən bir ideyanı inkişaf
etdirmək üçün Daşnaksütyun partiyasını yaratdılar. Daşnak-ermənilər bütün türk-
müsəlman əhalisini məhv etməyi qarşılarına məqsəd qoymuşdular və bunu
Osmanlı ərazisində həyata keçirirdilər. Həmin dönəmdə müharibədə zəif düşən
Osmanlı dövləti  dağınıq qüvvələrini birləşdirərək hərbi gücünü
möhkəmləndirməyi bacardı. Nəticədə, ərazidə yaşayan silahlı ermənilər, o
cümlədən Avropadan və Rusiyadan gələn silahlı ermənilər Türkiyə ərazisini tərk
etməyə başladılar. Onların bir hissəsi Qərbi, bir hissəsi Cənubi, bir hissəsi Şimali
Azərbaycana  gəldilər. Osmanlıda öz maraqlarını təmin edə bilməyən ermənilər
1918-ci ildə  bu ərazilərdə soyqırımı törətdilər. ABŞ prezidentinin "soyqırımı"
ifadəsi qətiyyən qəbuledilməzdir. Bayden 1915-1921 hadisələri zamanı Anadoluda
və Qafqazda qətlə yetirilmiş yüz minlərlə türk və azərbaycanlı haqqında heç bir
söz deməyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu buna sərt münasibət
bildirib. O deyib ki, Türkiyə ABŞ Prezidentinin populizmə söykənən açıqlamasını
tamamilə rədd edir. ABŞ Prezidentinin uydurma soyqırımı tanımasının Türkiyə
üçün heç bir tarixi, hüquqi nəticə doğrultmuyub: “Çünki bu tanımanın heç bir əsası
yoxdur. Sadəcə, bu, Türkiyə və ABŞ, həm də NATO üzvü olan iki ölkə arasında
münasibətlərin soyumasına gətirib çıxaracaq. 

Nəsimi rayon sakini

Bəhruz Xudiyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31