heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Türkiyəyə qarşı tarixi ədalətsizlik yolverilməzdir

27-04-2021, 14:18 22 dəfə baxılıb



Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma
erməni soyqırımı məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. ABŞ Prezidenti
Co Baydenin qondarma “erməni soyqırımı”nın növbəti il dönümü ilə bağlı
açıqlamasında soyqırımı ifadəsinin işlədilməsi qətiyyətlə pislənir.Co Baydenin bu
ifadəni işlətməsi siyasi qisas naminə tarixi həqiqətləri təhrif etməkdir.Heçbir tarixi
əsası olmayan,heç bir konkret fakta əsaslanmayan qondarma soyqırımı gündəmə
gətirənlər islamafobiyanın əsirinə çevriliblər.Ümumiyyətlə saxtakarlıq üzərində
qurulmuş erməni dövləti bütün dövrlərdə tarixi saxtalaşdırmağa səy göstərib.Guya
Osmanlı imperiyasında ermənilərə qarşı soyqırım törədildiyini dünyaya
inandırmağa cəhd göstəriblər.Ermənilərin tarixi faktları saxtalaşdırmaq siyasəti
qardaş Türkiyə ilə yanaşı uzun illərdir Azərbaycana qarşıda həyata keçirilir.Son
dövrlərdə qondarma soyqırımla bağlı iddiaların səbəbkarı təkcə erməni lobbisi
deyil,həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir.Məqsəd
tarixi faktların araşdırılmasıdırsa siyasi məqsədlərə görə tarix
saxtalaşdırılmamalı,bu iş ixtisaslaşmış tətqiqat institutlarına,tanınmış tarixçilərə
həvalə edilməlidir.Türkiyə öz arxivlərini tarixçilərə açmağa,göstərməyə hazır
olduqlarını dəfələrlə bildirmiş, birgə komissiyanın yaratmaq təklifi vermişdir.
Ermənilərin bu hiyləgər siyasətinin arasında onlara təzminat ödənilməsini və
Türkiyə ərazisinin bir hissəsinin ermənistana verilməsi kimi cəfəng tələblər
durur.Türkiyənin dünyada nüfuzunun artması,mövqeyinin möhkəmlənməsi bəzi
güclərin narahatçılığına səbəb olub.Türkiyəyə təzyiq göstərmək məqsədi ilə
qondarma “erməni soyqırımı” yalanını ortaya atmışlar.ABŞ Prezidenti Co
Baydenin səsləndirdiyi tarixi həqiqətlərin təhrif olunmasına Azərbaycanda da
haqqlı olaraq narazılıq yaranıb.Bununla əlaqədar olaraq Azərbaycanda 48 siyasi
partiya bəyanat qəbul etmişdir.Siyasi partiyalar hər zaman qardaş Türkiyəyə
dəstək olduqlarını bəyan edib.ABŞ Prezidentinin qondarma “erməni soyqırımı”
məsələsinə dair mövqeyini pisləyirlər.

Qasımov Babək
Nəsimi rayonu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31