heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Ədalət, Azərbaycanın yanındadır!

27-04-2021, 14:20 17 dəfə baxılıb



Hər birimizin bildiyi üzrə, 2020-ci ilin sentyabr ayından etibarən
başlamış 44 günlük müharibə, Azərbaycan Respublikasının qələbəsi
ilə başa çatıb. Bu qələbənin arxasında, öz canından keçmiş
şəhidlərimiz, öz sağlamlığını qurban vermiş qazilərimiz və öz
igidliklərini döyüş meydanında təqdim etmiş əsgərlərimiz var.
Tariximizin ən şanlı qələbəsi olan bu zəfər, 30 illik həsrətin də sonunu
gətirdi və bizləri öz ərazi bütövlüyümüzə qovuşdurdu.
Bu müharibə dövründə, Azərbaycan Respublikasının Prezidenti Cənab
İlham Əliyev, müxtəlif ölkələr ilə danışıqlar aparır, müsahibələr verir
və tarixi reallıqları çatdırmaq üçün əlindən gələni edirdi. Erməni
vandalizmini əsaslı faktlarla bütün dünya mediasına çatdırır və bunu
illər boyu özünü təkrarlamış soyqırımlar, qətllər ilə əsaslandırırdı.
Lakin bütün bunlara baxmayaraq yenə də, həqiqətlərə gözünü yuman
və haqsız tərəfə bəraət qazandırmağa çalışan qüvvələr mövcuddur,
hansı ki, onlar reallığın çox gözəl fərqindədirlər. Buna nümunə olaraq
ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli “erməni soyqırımı”nın
tanınması ilə bağlı bəyanatını göstərə bilərik.
Tarixə nəzər yetirdikdə də, görə bilərik ki, Azərbaycanın başına
gətirilən fəlakətlər, soyqırımlar və hadisələr yanlış şəkildə təqdim
edilib. Bunun nəticəsi bugünə qədər davam edir.
Bu cür bəyanatların və qeyri obyektiv davranışların yeganə məqsədi,
tarixi reallıqların təhrif edilməsi, həqiqətlərə obyektiv
yanaşılmamasıdır. Bu qəbul edilməz bir addımdır.
Müəyyən beynəlxalq qüvvələrinin öz siyasi maraqlarına görə
reallıqlara qarşı gözlərini bağlaması, öz yalançı miflərini və iddialarını
genişləndirməyə çalışan erməni qüvvələri üçün kömək rolunu
oynayır. Lakin reallıq və tarixi həqiqətlər, Ermənistan tərəfinin
dağıdıcılıq siyasəti yürütdüyünü, xalqımıza qarşı cinayətlər və
soyqırımlar törətdiyini, açıq bir şəkildə göstərir. Bizlər ədalətli

mübarizə apardıq və reallıq göz qabağındadır. İstənilən hər hansı bir
qüvvə və ya qüvvələrin həqiqətləri yalana çevirmək üçün göstərdikləri
cəhdlər, sözsüz ki, nəticəsiz qalacaqdır. Çünki haqq ədalət bizlərdən
yanadır və tarixi torpaqlarımızın bizlərə məxsus olduğu gerçəyini
dəyişdirə biləcək heç bir qüvvə mövcud deyil. Bizləri günahkar və
cinayətkar qismində göstərmək istəyənlərin səyləri, əlbət ki boş
olacaqdır çünki 44 günlük müharibə zamanı da biz, humanist
davranışlar sərgiləyərək, bütün dünyaya insanlıq dərsi verdik. Erməni
əhalisinin torpaqlarımızı tərk etməsi üçün onlara çox gözəl şərait
təqdim edən Azərbaycan xalqı, öz dədə baba yurdumuzdan ayaqyalın,
başıaçıq çıxarılmışdı. Körpə, qadın, qoca demədən güllə yağmuruna
tutulmuşduq , indidə günahkar çıxarılmağımız üçün düşmən qüvvələri
əllərindən gələni edir. Lakin illər sonra, ayaqyalın çıxarıldığımız
torpaqlara alnıaçıq bir şəkildə geri dönən bizlər, bu günahkarlıq
damğasını da əsla qəbul etmirik və etməyəcəyik. Həqiqət göz
önündədir və tarixi faktlar da, Ermənistanın necə təcavüzkar addımlar
atdığını gözlər önünə sərir.

Nəsimi Rayon gənci Azərbaycan Dillər Universitetinin tələbəsi Əlixanlı
Fatimə






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31