heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Daha bir siyasi həmrəylik nümunəsi

27-04-2021, 14:25 14 dəfə baxılıb
















Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim
tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə
dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin
müdrikcəsinə dediyi kimi,bir millət, iki dövlət olmuşlar. Təsadüfi deyildir ki,
Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın
kədərini özlərini kədəri,sevincini isə öz sevincləri hesab etmişdir.Türk dünyasının bu iki lideri öz 
müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə
əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-
qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.Biz bir daha bunun şahidi olduq.
Aprelin 24-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında telefon
danışığı olub. Dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni
soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar.
Türkiyə, Biden-in soyqırım ifadəsini istifadə edəcəyi barədə xəbərlərə sərt
reaksiya verib.Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar
İdarəsinin rəhbəri Fahrettin Altun 1915-ci il hadisələrinin soyqırım kimi
tanınmasının həqiqətlərlə heç bir əlaqəsi olmayan və yalnız siyasi
hesablamalara söykənən böhtan kimi səciyyələndirib.
Nazir Ceyhun Bayramov bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini
siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib və ABŞ Prezidentinin
erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətlərin təhrifi olduğunu
vurğulayıb.
Bir əsr bundan öncə baş verən hadisələr yalnış təqdim edilərkən, 30 il bundan
öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən
soyqırımına hələ də ədalətli qiymətin verilməməsinin qərəzlilik və ikili standart
nümunəsi olduğu Türkiyəli həmkarın diqqətinə çatdırılıb.
Nazirlər tarixin saxtalaşdırılmasının və onun siyasi məqsədlər üçün istifadə
edilməsinin qəbuledilməz olduğunu qeyd ediblər.
Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv
adlandırıb.Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab
etdiyini vurğulayıb. Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel
tarixində məsələ ilə bağlı birgə bəyanat imzalayaraq, hər zaman qardaş
Türkiyənin yanında olduqlarını və xəstə erməniçilik idealları bəsləyən ABŞ

Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini
qətiyyətlə pislədiklərini bəyan etmişlər.
Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan
əməkdaşlıq meyllərinə ciddi zərər vurduğunu bildirib.Dövlətimizin başçısı
Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.Prezident
Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham
Əliyevə təşəkkürünü bildirdi. O da Türkiyənin hər zaman Azərbaycanın yanında
olduğunu diqqətə çatdırıb.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq
münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından
məmnunluqlarını ifadə ediblər.

Abdullayeva Jalə Rövşən.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31