heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Tarixi saxtakatlıq üstünə qurulmuş erməni xalqı

27-04-2021, 14:31 42 dəfə baxılıb









Azərbaycan və Türkiyə bu iki dövlətin dostluğu, birliyi uzun illər
boyunca ikili siyasət yürüdən bir çox dövlətlərə qorxu və narahatlıq
hissi gətirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
beynəlxalq tədbirlərdə, səfərlərdə bir araya gəldikləri zaman
müsahibələrində qardaşlığımızın əbədiliyini hər daim vurğulayırdılar.
Bu birlik heç vaxt sözdə qalmamışdır. Qardaş Türkiyə bizim üçün ən
vacib və ən ağrılı məsələ olan Qarabağ probleminin həllində hər
vəziyyətdə bizə dəstəyini göstərməkdən çəkinməmişdir. 44 günlük
Vətən müharibəmiz başlayan andan etibarən Türkiyə dövlətinin
prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edərək haqq uğrunda
mübarizəmizə siyasi dəstəyini bildirməsi Azərbaycan xalqında da
böyük ruh yüksəkliyi yaratmışdır. Torpaqlarımız işğaldan azad
olunduqda ən az Azərbaycan xalqı qədər Türk xalqı da sevinmiş,
Ankara şəhərinin küçələrində əhali sevincini qeyd etmişdir. Türk xalqı
bizim qələbəmizlə birkildə saxtakar bir düşmənin biabırçı
məğlubiyyətini də qeyd edirdilər. Çünki, ermənilərin saxtakarlığı,
xainliyi bizə olduğu qədər Türk xalqına da məlum idi. Ermənistan
dövlətinin 30 il bundan öncə hansı yollara əl ataraq torpaqlarımızı
işğal etdiyi hər kəsə məlumdur. XX əsrin faciəsi olan “Xocalı
Soyqırımı” ermənilərin işğalçı bir millət olmaqla bərabər qatil millət
olduğununda sübutudur. Xocalı soyqırımında neçə-neçə ailələr,
nəsillər yox oldu, əliyalın xalqımız günahsız yerə ən ağrılı işgəncələrə
məruz qalaraq öldürüldü. Uzun illərdir biz bu soyqırımı tanıtmağa
çalışsaqda əlimizdə sübutlarımız, Xocalıdan olan ürəkdağlayan
videgörüntülərimiz olmasına baxmayaraq dünyanın bir çox aparıcı,
xüsusilədə “sülhü, ədaləti təbliğ edən" dövlətləri bu faciəni
görməzdən gəlməyi seçiblər. Maraqlısı budur ki, həmin dövlətlərdən
biri olan Amerika Birləşmiş Ştatlarının Prezidenti Joye Bayden 24
aprel günü soyqırım olmayan, amma , ermənilərin yalan məlumat
yayaraq “erməni soyqırımı” adlandırdıqları hadisəni soyqırımı kimi

tanıyıb. Heç bir əsaslı sübutu olmayan , tarixi saxtakarlıq üstündə
qurulmuş bir millətin dediklərinə inanaraq ABŞ Prezidentinin belə bir
açıqlama yayması bu dövlətində güvənilirliyini mübahisəli vəziyyətə
salır. Ermənilərin soyqırım adlandırdıqları hadisənin əsli nədir? 1915-
ci ildə Osmanlı imperiyasının tərkibində bəzi erməni qruplaşmaları
yaranaraq məkrli siyasət yürüdürdülər, bunun fərqinə varan Osmanlı
imperiyası tərəfindən həmin qruplaşmaların silahı yerə qoyaraq
ölkəni tərk etmələri haqqında sərəncam imzalanıb. Beləcə də,
sərəncama uymayan qruplaşmalar ilə Osmanlı əsgərləri arasında
savaş baş verdi və həmin ermənilər öldürüldü. Bəzi məkrli siyasət
aparan ailələr isə sürgün edildi. Xocalıda günahsız insanlarımız
öldürüldü, burada isə xalqın hüzurunu pozan ermənilər. Indi isə sual
yaranır ABŞ kimi dünyanın ən güclü dövləti hesab olunan bir dövlətin
Prezidenti bu 2 hadisə arasındakı fərqi ayırd edə bilmirmi?

Məmmədova Simranə
Nəsimi Rayon Gənci






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031