heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur

28-04-2021, 15:45 8 dəfə baxılıb









2019-cu ilin sonlarında dünyada yeni koronavirusun yayılması Azərbaycanda da
yan keçmədi. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu
pandemiya elan etdi. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər
təxminən 2 milyondan çox şəxsin həyatına son qoydu. Cənab Prezident İlham
Əliyev qabaqlayıcı tədbirlər goürülməsi üçün tapşırıqlar vermişdi. Cənab
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasına daxil
olunub. Vaksinasiya başlanılması üçün Azərbaycan Çinin - Sinovac şirkətinin
istehsal etdiyi CoronoVAC vaksinini aldı. Vaksin bir neçə ölkədə kliniki
sınaqlardan keçirildiyindən ölkəmizdə effektli təsir olacaqdır. Ölkəmizdə
peyvənd vurulduqdan sonra heç bir mənfi təsirləri olmayıb. Əsas məsələ alınan
vaksinin kefiyyətli və effektivliyidir. Bununla bağlı müxtəlif ölkələrdən fərqli
nəticələr əldə olunub. Lakin həmin vaksin çox effektli olmuşdur. Vaksin
vurduran insanların müəyyən hissəsi xəstələnə bilər, lakin onlar bu xəstəliyi çox
yüngül keçirdirlər. Bunların hamısı nəzərə alınaraq “CoronoVAC” vaksini
seçildi. Həmin peyvənd artıq ölkəmizdə yanvar ayında başlıyaraq vaksinasiya
kampaniyasına başladılmışdır. Vaksinasiya dövlət hesabına vurulacaqdır.
Azərbaycanda koronavirusa qarşı peyvənd ilkin olaraq səhiyyə işçilərinə
vurulmağa başlanıldı. Azərbaycan Respublikasında COVID-19 xəstəliyi
əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası na əsasən, ilk
növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının peyvənd
edilməsi nəzərdə tutulub. Əhalinin vaksinasiya edilməsi nəticəsində qısa
zamanda vaksinin müsbət təsirini görəcəyik və COVID-19 pandemiyasına son
qoyan ilk ölkələrdən biri olacağıq. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar
tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə
2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib. Strategiyaya
uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan
yuxarı şəxslər və hüquq-mühafizə orqanları cəlb olunan insanlar peyvənd
olunur. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus
pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin
aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək
yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq,
ölüm halının qarşısını almaqdır. Virusun ölkəmizdə yayılmasının qarşısını
almaqdan ötəri səhiyyə işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət görsədirlər.
Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin
peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün
zəruri tədbirlər görülür. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində
qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Bütün otaqlar
zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Ölkəmizdə koronavirus
vaksini vurulacaq şəxslərə elektron sistemin ehtiyac olacağı halda xaricə səfər
edənlərə Covid-19 pasportu veriləcəkdir.



Alıyev Fariz






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31