heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir

28-04-2021, 15:50 8 dəfə baxılıb



















Dünyanın bəlasına çevrilən covid-19 pandemiyası Azərbaycandada
yayıldı.Azərbaycan dövləti pandemiyanın yayılmağa başladığı ilk günlərdən
pandemiya ilə mübarizə istiqamətində vacib lazımlı işlər görmüşdür.Pandemiya ilə
mübarizədə Azərbaycan dövləti fəal mövqe nümayiş etdirir.Azərbaycanda covid-
19 pandemiyası ilə əlaqədar bir sıra tədbirlər keçirmiş,ölkəmizdə karonavirusun
çox yayılmaması üçün bir sıra qapanmalar həyata keçirilmiş,insanların sağlamlığını
qorumaq üçün karantin rejiminə keçirilmişdir.Ölkəmizdə səhiyyə sistemi virusla
mübarizə üçün ciddi tədbirlər keçirmişdir. Yeni xəstəxanalar yaradılmış yüksək
səviyyədə xəstəxanalarda şərait yaradılmışdır. Maska çatışmazlığının aradan
qaldırılması məqsədilə maska istehsalı fabriki yaradılmışdır. Pandemiya ilə
əlaqədər mübarizədə dövlətin bütün potensialı səfərbər olunmuşdur. Sosial
cəhətdən həssas olan ailələrə həmçinin işlərini pandemiya ilə əlaqədar itirdiyi
şəxslərə aylıq sosial yardım üçün ərzaq və 190manat yardım edilmişdir. Covid-19
pandemiyasının qarşısının alınması məqsədi ilə artıq dünyada vaksinasiya təşkil
olunur. Azərbaycanda da əhalinin vaksinasiyası davamlı şəkildə təşkil
olunur.Azərbaycanda vaksinasiya yanvar ayından etibarən
başlamışdır.Vaksinləşmə ilk olaraq yaşı 65-dən yuxarı olan virusa qarşı daha
həssas olan ahıl insanlara vurulmuşdur.Artıq Azərbaycanda 1,4 milyon vaksin
istifadə olunmuşdur ki, buda əhalinin 14 faizini təşkil edir.Pandemiyanın
iqtisadiyyata təsirinin azaldılması,özəl sektorun dəstəklənməsi,makroiqtisadi və
maliyyə dayanıqlığının təmin olunması məqsədi ilə geniş sosial-iqtisadi paket
teqdim edilmişdir.Prezident İlham Əliyev aprelin 26-sında BMT-nin Asiya və Sakit
okean üçün İqtisadi və Sosial komissiyasının 77-ci sessiyasında çıxış
etmişdir.Prezident İlham Əliyev bildirmişdir ki ,Azərbaycan pandemiyaya qarşı
qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir.Azərbaycan həmçinin
30-dan artıq ölkəyə pandemiya ilə əlaqədar olaraq humanitar və maliyyə yardımı
göstərmişdir.

Qasımov Babək






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31