heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Ermənistanın işğalçı siyasətinə son qoyuldu

28-04-2021, 17:27 43 dəfə baxılıb









Aprelin 26-da Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün
İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışı dünya dövlətlərini
Ermənistanın təcavüzkar, xain, işğalçı, pozucu və dağıdıcı siyasəti ilə bir daha
tanış etdi. Artıq bu çıxışla bölgədə nələrin baş verdiyini və nələrin dəyişdiyini
təhlil etmək mümkündür.
Ölkə başçısı işğal altında olan ərazilərin terror yuvasına çevrilməsi, kəndlərin,
şəhərlərin viran qoyulması, həmçinin insanlıqla bir araya sığmayan fauna və
floranın vəhşicəsinə məhv edilməsinin Ermənistanın dövlət siyasəti olduğunu bir
daha bəyan etdi və ötən ilin sentyabrında müharibənin başlamasına erməni
təxribatının səbəb olduğuna diqqət çəkdi. Ölkəmizin dinc sakinlərinin yaşadığı
ərazilərin ağır artilleriyadan atəşə tutulması və sakinlər arasında ölən və
yaralananların olması Azərbaycan Ordusunu əks-hücum əməliyyatlarına məcbur
etdi və Azərbaycan bu məsələdə haqlı idi. Bu açıqlama ilə sessiya iştirakçılarına
əyan oldu ki, bu təxribatın qarşısı alınmasaydı, Ermənistan işğal siyasətini daha da
genişləndirmək niyyətində idi. 44 günlük Vətən müharibəsində əldə edilən şanlı
Qələbədən sonra əminliklə deyə bilərik ki, artıq Ermənistan bölgə üçün
zərərsizləşdirilib, təcavüzkar siyasətinə son qoyulub, ordusu məhv edilib.  İkinci
Qarabağ müharibəsi  Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi. Siyasi
əqidəsindən, mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq bütün  vətəndaşlar
 yumruq kimi birləşdi. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Azərbaycan
xalqı hər gün dövlətimizin başçısı İlham Əliyevdən qələbə xəbərini gözlədi. Hər
bir zəfər sevinci böyük coşqu ilə qeyd olundu. Ölkəmizdə yaşayan bütün
millətlərin,  dini konfessiyaların nümayəndələri birlik nümayiş etdirdilər,
Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər.  Bu, bizim böyük sərvətimiz,
dəyərimizdir.
Bu qələbə bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi
potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü.
Gördülər ki, ötən 30 ildə Azərbaycan öz haqlı davasından bir addım da geri
çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında tarixi ədaləti bərpa
etməkdə qərarlıdır. Bu, işğalçını sülhə məcbur etmək, düşmənə layiq olduğu yeri
göstərmək üçün əsil ölüm-qalım mübarizəsi idi. Biz həm də Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin arzusunun, onun öz davamçısına vəsiyyətinin
tarixi reallığa çevrilməsini gördük. İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə
Azərbaycan tarixinə şanlı səhifə yazdı. Doğma xalqı qarşısında bütün zamanların
ən dəyərli missiyasını uğurla həyata keçirən Böyük Sərkərdənin başçılıq etdiyi
müzəffər ordu 1992-ci il mayın 8-də əlimizdən zorla alınan Şuşanı da 2020-ci ilin
noyabrın 8-də doğma nəfəslərlə isindirdi.
Artıq həyatımızda yeni dövr başlayır. Bu dövrün özəllikləri olacaq. Biz
Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını
görəcəyik. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri

müşahidə olunacaq. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu
müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun
malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar
gördülər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla
heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün
dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən
Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.

Nəsimi rayon gənci
Abasov Orxan






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930