heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Azərbaycanın regionda rolu daha da artmaqdadır

28-04-2021, 17:30 47 dəfə baxılıb

















Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi
vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında
köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət
müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan
qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu
ilə irəliləməsinə geniş yol açmışdır.
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev
başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir.
Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın
prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyevin
qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu
30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz
ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı,
Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı
Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və
hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev
müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin
təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit və tarazlı
tempini qorumaq üçün regional inkişafda tarazlılığın, hər bir bölgənin tarixi
məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdən biridir. Dövlət
başçısı İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi
diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş xüsusi dövlət proqramlarının,
fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin
səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr
verməsidir. Qlobal təhlükəsizlikdən bəhs edərkən əvvəla onu bildirmək lazımdır ki,
yerləşdiyi regionun təhlükəsizlik qarantı olan Azərbaycan Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. 
Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına
reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin
imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu
çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı
əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi
arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər
qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da
artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə
Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat
standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə
çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da
artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu
seçmişdir.
Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan bütün
dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və
daxili işlərə qarışmama kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma
və prinsipləri əsasında dost münasibətləri qurur. Azərbaycanın strateji coğrafi
mövqeyi onun Avro-Atlantik məkandakı siyasi və iqtisadi proseslərdə olduqca
mühüm rol oynamasını təmin edib. Bu, regiondakı enerji və nəqliyyat layihələrinin
həyata keçirilməsində özünü büruzə verməkdədir.

Vəliyeva Rumiyə
Nəsimi rayon gənci






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031