heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir

28-04-2021, 17:33 24 dəfə baxılıb



















COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub.
 Koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən çox ciddi tədbirlər görülməklə yanaşı,
regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi
məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Bu gün ölkənin
səhiyyə sistemi qısa zamanda virusla mübarizəyə istiqamətləndirilib, xüsusi
karantin rejimi tətbiq olunub, modul tipli xəstəxanalar inşa edilib, maska istehsalı
fabriki açılıb, 20-dən çox müasir laboratoriya quraşdırılıb. Ölkəmizdə həm də
yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testlərin aparılması, koronavirusa
yoluxmuş bütün xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi
də bu prosesin tərkib hissəsidir. Bundan başqa, xüsusi karantin rejiminin tətbiq
olunduğu zaman dövlət hər bir vətəndaşının yanında olub, onların problemlərinin
həllinə dəstək göstərib, maddi yardım edib. İqtisadi sabitliyi, məşğulluqla bağlı
problemləri həll etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul olunub. Prezident
İlham Əliyevin birbaşa nəzarəti, təşəbbüskarlığı ilə pandemiyaya qarşı mübarizə
tədbirləri, atılan ümumi addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı.
BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və
Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq
vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna
həsr edilən 77-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev mühüm
təşəbbüslərlə çıxış edib Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan
pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir:
“Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında
Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının
təşəbbüskarı olub və onu uğurla keçirib. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr
ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində
xüsusi sessiyası keçirilib”. Dövlət başçısı bildirib ki, “Vaksin millətçiliyi”,
vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü
Azərbaycanı dərindən narahat edir: “Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan
çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama
Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli
bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün
əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcək.
Prezident bildiribki Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf
etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.


Bəhruz Xudiyev.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31