heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Yeganə qadın şəhidimizin doğulduğu gündür

4-05-2021, 13:11 10 dəfə baxılıb



Bu gün İkinci Qarabağ müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, şəhidin 32-ci doğum gününü ondan yadigar qalan iki övladı, yaxınları və hər kəs onsuz qeyd edir. 
1989-cu il təvəllüdlü A.Baxışova dörd yaşında olarkən Çernobıl faciəsində əlil olmuş atası vəfat edib. Pedoqoji kolleci bitirən Arəstə sonradan hərb sahəsini seçib və Beyləqandakı hərbi hissədə çalışıb.
Azərbaycan Ordusunun hərbi tibb qulluqçusu olan Arəstə Baxışova Vətən müharibəsində yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Özündən sonra yadigar qalan iki övladı - 11 yaşlı oğlu Mərdan və 10 yaşlı qızı Zəhra indi nənələrinin himayəsindədirlər.
Arəstə Baxışova ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif olunub.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31