heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Dumanlı dağlar gözəli Şuşa

10-05-2021, 16:08 245 dəfə baxılıb

  

         












“Həsrət və qüssə dolu uzun illərdən sonra 8  may tarixi bizim üçüntamamilə
başqa məna  kəsb edir. Bu gün Şuşa azaddır!. Ali baş komandanın rəhbərliyi ilə
düşməni sarsıdan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən rəşadətli əsgər
və zabitlərimizin, Silahlı Qüvvələrimizin mərdliyi,iradəsi, ruh yüksəkliyi
qarşısında baş əyirik.Vətən naminə həlak olmuş bütün
şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm!Şuşa bizimdir!”
-Mehriban Əliyeva.

“Əziz Şuşa , biz səni dirçəldəcəyik !” – deyən Prezident İlham Əliyev 1992-ci
ildən bəri işğal altında olan bir yurdu çox gözəl günlərin gözlədiyindən xəbər
verir. 29 il  işğal altında olan , bu müddət ərzində viran
qoyulmuş Xarıbülbülün məskəni 2020-ci il 8 noyabr tarixindən etibarən
düşmən caynağından azad edilmişdir və dirçəldilməyə hazırdır. 
Şübhəsiz ki , azad edildikdən dərhal sonra şəhərə , onun tarixi-mədəni irsinə
və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış , bərpa
işlərinə başlanılmışdır.  

         Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi
nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.  Prezident İlham Əliyev hələ
fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın
mədəniyyət paytaxtı elan ediləcəyini demişdi. Həmin qeyd olunan sərəncam ölkə
başçısı tərəfindən artıq 2021-ci il 7 may tarixində imzalandı. Şuşanın
Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına
“töhfə verən” digər dövlətlərə də mesajdır. Azərbaycan İslam memarlığının,
Qarabağ şəhərsalma ənənələrinin, Şuşanın türk-Cavanşir nəslinin yadigarlarından
olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə
“restavrasiya”sına, özgələşdirilməsinə cəhd edilməsiriyakarlıqdan ,
saxtakarlıqdan başqa bir şey deyildir. Düşmənə və düşmən ruhlu olanlara da
yaraşan elə budur .
Hər bir Azərbaycanlının qəlbində özünə  taxt quran,  Dumanlı dağlar gözəli Şuşa şəhəri hələ
qədim zamanlardan bəri  Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur. Şuşa şəhər qədim
abidələrinin sayının çoxluqu ilədə seçilir. 
1400 metrlik hündürlükdə uça dağlar başında olan bu şəhər şəlalələri, bulaqları, valeh edici
yaşılıqlı meşələri, başı dumanlı sıldırımlı dağları ilə özünə xas təbiət mənzərəsi yaradır.

















Onun əsrarəngiz təbiəti neçə neçə incəsənət xadimləri yetişdirmişdir.
  XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi.
Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və
"Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o
cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində
inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə
edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü.
 
Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Mirzə Muxtar, Haşım bəy Vəzirov,
Nəcəf bəy Vəzirov, Zülfüqar Hacıbəyli, Əhməd Ağdamski, Əfrasiyab Bədəlbəyli, Soltan
Hacıbəyli, Bülbül, Niyazi, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya,
Süleyman Ələsgərov, Məhluqə Sadıqova, Cəlil Bağdadbəyov, Heydər Şəmsizadə, Zakir
Bağırov, Əşrəf Abbasov, Məhərrəm Əlizadə, Nəsir Sadıqzadə, Firəngiz Mütəllimova  bu
 şəxsiyyətlər  Azərbaycanın mədəniyyət və incəsənnətinə böyük töhfələr vermişdir. Qafqazın
mədəniyyət incisi olan Şuşa şəhərimiz bədnam düşmənlərimizində nəzərindən kənarda
olmamışdır. 
8 may 1992- ci il  o vaxtdan 29 illik həsrət niskini çəkilmişdi xalqımın qəlbinə. İgid oğullar
yurdu olan diyarımızı neçə hiylələr, xəyanətlərlə mənfur düşmən işğal etmişdi. Hələ
bununlada kifayətlənməyən düşmənlərimiz, bu şəhərdə olan tarixi- mədəniyyət abidələrimizi
dağıtmış, məscidlərimizi təhqir etmişdilər.
 Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600
yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Göhər ağa
məscidini, Aşağı Göhər ağa məscidini,  Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin
məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil
məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8
mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix
Muzeyi, Azərbaycan Xalça Muzeynin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət
tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış,
buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək
əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət
Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar
Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni  Bülbülün (400-dək əşya), musiqiçi və
rəssam Mir Möhsün Nəvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.
8 noyabr 2020 ci il də Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Ordumuz
Azərbaycanın mədəniyyət İncisini işğaldan azad etdi. 
Vətənimizin mərd, igid oğulları uca sıldırımlı dağları ram edərək Şuşanı azad etməyə nail
olmuşlar.   Coğrafi strateji yüksəklikdə olan şəhərin azad olunması bir çoxlarında böyük
heyrət doğurub. Qüdrətli Ordumuzun Qəlbində ki, Vətən sevgisi hər şeyə qadırdı. Hal-
hazırda Şuşanın azad olunması əməliyyatı bir çox tanınmış hərbi məktəblərdə öyrənilir. 
Artıq Xarıbülbül ətirli Şuşamız Azaddır. Dumanli dağlar gözəli Şuşa şəhərimiz Prezidentimiz
tərəfindən Azərbaycanın Mədəniyyət paytaxtı elan olunmuşdur. 
Hal hazırdada Şuşa  şəhərində bərpa işləri gedir.  Dağıdılmış abidələrmiz bərpa olunur.
Sonda məqaləmi Ali baş komandan İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm;
QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!.
 

Nəsimi rayon Gənci
Əliyeva Rəfiqəxanım.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930