heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

29 il sonra Cıdır düzündə festival - Foto

13-05-2021, 14:38 50 dəfə baxılıb


















Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalına start verilib. 
 Heqiqietcarcisi.az "Qafqazinfo"-a istinadən  xəbər verir ki, Cıdır düzündə təşkil olunan festivalda musiqi kollektivləri çıxış edirlər. Bununla bağlı fotoları sosial şəbəkələrdə festivala qatılan qonaqlar paylaşıb. 
Qeyd edək ki, festival Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfədir ki, keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan festivalın iki gün - mayın 12-si və 13-də keçirilməsi nəzərdə tutulub. 
Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək. Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.
 
 
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031