heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Şuşada “Xarıbülbül” festivalının keçirilməsi

17-05-2021, 16:51 560 dəfə baxılıb


















“Uzun fasilədən sonra, Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada
“Xarı bülbül” festivalı keçirildi”. Bu tarixi unutmamaq lazımdı. Çünki bu tarix
bütün dünyada yadda qalan oldu. 44 günlük müharibədən sonra bu gözəl festival
hər kəs də dərin hisslər oyatdı.
Xarıbülbül “Bu gün tarix yazan şəhidlərimizin ən gözəl simvoludur”. Daim
Qarabağ deyiləndə yadımıza düşənlərdən biri də məhz   Xarı bülbüldür. Daim onun
adı gələndə kövrəlib, köks ötürərdik. Kaş bir gün bu əsrarəngiz gülü Şuşada görək
deyə düşünürdük. İndi isə tamam fərqlidir. İndi bu hadisələri canlı olaraq
yaşayırıq, həmişə arzu edirdik bu gün isə onlar gerçəkləşir.
Gözümüzün suyunu saxlaya bilmirik. Bir tərəfdən qürur, digər tərəfdən də qəhər
bizi boğur. İllərdir yasımızı qərənfilin acı qırmızısı ilə bəzəyərdik. Şəhidlərimizin
məzarına, xatirələrinə ucaldılan abidələrə dəstə-dəstə qərənfil düzərdik. Bu dəfə
şanlı qələbəmizin səbəbkarlarını Xarı bülbülün məğrurluğu ilə yad edirik.  
Torpaq uğrunda canlarından keçən şəhidlərimiz dünya azərbaycanlılarının
fəxridir:
“Onlar öz  qanları ilə Azərbaycan tarixini yenidən yazdılar.  Xarı Bülbül isə hər
zaman Qarabağın və mübarizəmizin rəmzi olub və həmişə də belə olacaq. Həmişə
şairlərimiz, yazıçılarımız, müğənnilərimiz Xarı bülbül deyəndə söhbətin
Qarabağdan getdiyini bilirdik.















İndiyənə qədər digər şəhidlərimiz, xüsusilə də “20 Yanvar” da həlak olan
həmvətənlərimiz üçün ağlayanda qan rəngli qərənfil yada düşürdü.  Xarı bülbül isə
tarix yazan şəhidlərimizin, qazilərimizin, işğalçıları ölkəmizdən qovan
oğullarımızın mübarizəsinin ən gözəl simvoludur.
Bu çiçək həm də cənnət rəmzidir. Qarabağ da  Azərbaycanın cənnəti sayılır.
90-cı illərin hadisələri qərənfilə matəm çiçəyi donu biçdi. Ötən il 27 sentyabrda
başlayıb, 44 gün davam edən və Azərbaycanın zəfəri ilə əbədiləşən II Qarabağ
Müharibəsinin simvolu isə xarı-bülbül oldu - qürur, qələbə, əbədiyyət rəmzimiz
hesab olunur.
Otuz illik həsrətdən sonra ölkəmiz özünün doğma torpaqlarına, eyni zamanda da
misilsiz sərvətinə qovuşa bildi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ
torpağı həm də ölkəmizin ən zəngin torpağı hesab edilir. Bu torpaqlar müxtəlif
nadir bitkilərlə, gül-çiçəklərlə doludur. Onlardan biri də bu gün qalib Azərbaycanın
əsas simvoluna çevrilən nadir çiçəklərdən biri olan xarı-bülbüldür.

Qarabağın rəmzinə çevrilən xarı-bülbül haqında gəlin ətraflı məlumata ahib
olaq.Qarabağın dağlarında bitən qeyri-adi çiçək olan xarı-bülbülə bu adın
verilməsinin səbəbi onun bülbülə bənzəməsidir. "Xar" tikan mənasını verir, yəni
tikanlı çiçək. Bu çiçəyin digər adı isə Qafqaz qaş səhləbidir.
Bu, adi bir çiçək deyil, sanki bir möcüzədir. Onun heç ətri də yoxdur .



















Bu çiçək haqda dillərdə 40-a yaxın rəvayət, əfsanə var. Bu əfsanələrdən biri isə
belədir: Bir zamanlar bütün güllər-çiçəklər insanlar kimi sevir, danışıb-
gülürmüşlər. Rəvayətə görə, bülbül bir çiçəyi sevir və bütün gül-çiçəklər də bunu
hiss edir. Hər gün bülbül o çiçəyin üzərinə qonub ona məhəbbət mahnısı ifa
edərmiş və digər gül-çiçəklər də bu avazda rəqs edərmiş. Amma xar belə
şadyanalığa, məhəbbətə dözə bilmir, az qalır ki, qısqanclıqdan bağrı çatlasın.
Çiçəyi bülbüldən ayırmaq üçün gəlib ona sevgisini etiraf edir. Çiçək xarı rədd
etməyə çalışır. Acıqlanan xar çiçəyin saplağı ilə yuxarı dırmaşmağa başlayır, onun
bir ləçəyini yeyir. Bülbül gülün məhv olduğunu görüb fəryad qoparır. Bütün gül-
çiçəklər də bu fəryada qoşulur. Lakin xarın daş qəlbi yumşalmır, yenə çiçəyi
yeməkdə davam edir. Onda hamı Allah-təalaya yalvarır ki, onların canını alsın,
amma çiçəklə bülbülün eşqinə qıymasın. Beləcə onların ah-naləsi qəbul olunur.
Beləliklə hamısı çiçəyə dönür, Çiçək bülbül və xar üçün çiçəyə çevrilir. Beləcə
gül-çiçəklər canlarını bülbüllə çiçəyə görə fəda edirlər. Xarı-bülbül də söz verir ki,
yalnız onların bitkiyə çevrildikləri yerlərdə bitəcək. Beləcə, hətta ən məharətli
bağbanlar da onu başqa torpaqlarda bitirə bilmirlər.

Otuz il ərzində düşmən əsarətində qalan Azərbaycan torpaqları kimi xarı-bülbül də
bu gün qəfəsdən çıxıb, azaddır, rahat nəfəs alır. O bu gün Azərbaycanın qələbə
rəmzinə çevrilib.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa 12-13 may tarixlərində
“Xarıbülbül” musiqi festivalına ev sahibliyi etməsi ilə öz adını qoruyub saxladı.
“Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın
mədəniyyət mərkəzi statusunun əvvəlki bərpasını geri qaytarmağıdır. Biz bunu
bacardıq. Çünki bizlər uzun illərdi bunun həsrətindəydik. Bu festivalın keçirilməsi
tək valideynləri deyil, eyni zamanda bizim uşaqlarıında arzularından biri idi.


30 illik fasilədən sonra bu il ilk dəfə həyata keçirilən “Xarıbülbül” musiqi
festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması xüsusi əhəmiyyət kəsb
edir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində
davamıdır.
Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına
borcluyuq.Bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı
keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq. Tədbirlər
bununla bitmir. Şuşada tikiləcək olan məscid hər kəs tərəfindən qürur hissi ilə
anılacaq. Bununla da Azərbaycan öz ordusunun gücünü göstərdi. Şuşa şəhəri
hamımızın yaralı yeri idi. İndi isə qürur mənbəyimizdir.
Şuşa Azərbaycan xalqının milli sərvətidir. Ermənilər nə qədər çalışsalar da,
Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.
30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur,
zəfər, ləyaqət bayramına çevrildi.
Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin
qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf,
dirçəliş dövrüdür.
Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar
dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli
həmrəylik vardır.
Bu, bütün dünyaya Şuşadan, qədim torpağımızdan verilən mesaj idi.

44 günlük müharibə bizim şanlı tariximizin məhsuludur. 44 günün hər bir
günü, xüsusən Şuşanın azad olunması ayrıca bir qəhrəmanlıq dastanıdır. Bu dastanı
yazan da , yazdıranda bizim gənc qəhrəmanlarımız sayəsində oldu.
“Xarıbülbül” festivalında “Bayatı Şiraz” muğamı hər kəsin ürəyini fəth
elədi. Bu muğamı eşidən Prezidentimiz və onun ailəsi göz yaşlarına sahib ola
bilmədilər.

Bu festivalın Müqəddəs Ramazan bayramında həyata keçirilməsi bizi daha
da qürurlandırdı. Bununla da Şuşada ilk bayram namazı qılındı. Şuşa dini
dəyərlərinə görə həmişə seçilib. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni
möhtəşəm məscidin təməli qoyuldu. Bununla da Azərbaycan ölkəsi öz sözünü
dünya arenasında əks etdirdi.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!


“Xarıbülbül” festivalında “Bayatı Şiraz” muğamı hər kəsin ürəyini fəth
elədi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031