heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Müstəqilliyimiz əbədidir. Azərbaycan dünyaya günəş kimi doğacaq ( Heydər Əliyev )

13-10-2021, 17:07 382 dəfə baxılıb



























XX əsrin əvvəllərində beynəlxalq aləmdə baş verən hadisələr Azərbaycan xalqına şərait yaratdı ki, rus boyunduruğundan çıxaraq öz müstəqil dövlətini qursun. 1918-ci il 28 mayda Azərbaycan öz müstəqiyini əldə edərək müsəlman şərqində ilk cümhuriyyətini quran dövlət oldu. Təəssüf ki, onun ömrü qısa oldu. Cəmi 23 ay......
XX əsrin sonunda baş verən hadisələr , potsovet sisteminin dağılması Azərbaycan xalqına yenidən müstəqillik sevincini yaşamağa şərait yaratdı. 1991-ci il 18 oktyabrda Ali Sovetin sessiyasında tarixi sənəd olan” Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. 29 dekabrda keçirilən referendirumda “ Siz Azərbaycan Respublikasının müstəqilliyinə razısınızmı ? “ sualına hamı yekdilliklə razılıq verdi. Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa olundu. Bu dəfə əbədi...
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikası ilk dəstəyini 1991-ci il noyabrın 9-da Türkiyədən ,   11dekabrda Ruminiyadan, 13 dekabrda Pakistandan aldı. Və beləliklə İsveçrə, İran , ABŞ, Rusiya və digər dövlətlər Azərbaycan dövlət müstəqilliyini tanıdılar.
Azərbaycan xalqı öz əbədi müstəqilliyini qorumaq üçün ağır sosial-iqtisadi sınaqdan keçməli oldu. Ermənistan dövlətinin işğalçı siyasəti nəticəsində ərazimizin 20 %-i işğal olundu. O dövrdəki rəhbərliyin yarıtmaz siyasəti ölkədə xaos yaratdı. Separatizm meyilləri gücləndi. Dövlət müstəqiliyinə təhlükə yarandı.
Ölkədə qarşıdurmanın qarşısını almaq üçün xalqın müraciətinə əsasən ulu öndər Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. Qısa bir zamanda apardığı uğurlu daxili siyasət nəticəsində təhlükədə olan dövlət müstəqilliyi bərpa olundu, separatçı qüvvələr məhv edildi.
1994-cü ilin may ayında Bişkek protokoluna əsasən ölkədə atəşkəs elan olundu. Bu Azərbaycan ordusunu yenidən təşkil etməyə vaxt qazandırdı. Aparılan uğurlu islahatlardan biri də 1994-cü il 20 sentyabrda imzalanan “Əsrin müqaviləsi”  ölkə iqtisadiyyatının güclənməsində böyük rol oynadı.
Bu gün ulu öndərin layiqli davamçısı İlham Əliyev Azərbaycan dövlətçiliyini iqtidasadi-siyasi cəhətdən gücləndirərək onun beynəlxalq aləmində böyük nüfuz qazanmasına geniş imkanlar yaratdı.
Neft və qaz strategiyasının yüksək infrastruktur nailiyyətləri bu gün güclü Azərbaycan ordusunu və dövlətçiliyini inkişafında mühüm rol oynayır. Nəhayət Azərbaycan Ali Baş Komandanı və onun müzəffər ordusunun 
“ Dəmir Yumruq əməliyyatı “ bütün dünyaya öz gücünü və zəfərini nümayiş etdirdi.
28 May tarixinin Müstəqillik Günü , 18 Oktyabr tarixinin Müstəqilliyinin Bərpası Günü kimi təsbit olunması Azərbaycan dövlət suverenliyinə verilən düzgün siyası qiymətdir. Bayram abu havalı müstəqilliyimiz 
Azərbaycan dövlətinin uğurlarına yol saçan böyük müjdələr gətirsin.
Günün mübarək, Azərbaycan !
Allahverdiyeva Günay-Nəsimi rayonu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930