heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Bu avtomobillərin qiyməti kəskin ucuzlaşacaq - VİDEO

11-03-2021, 11:24 18 dəfə baxılıb



Azərbaycana idxal olunan elektromobillərin bütün vergi və rüsumlardan azad edilməsi üzərində işlər aparılır.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin ötən ilin nəticələrinə dair hesabatında elektromobillərin idxalında güzəştlərin olacağı qeyd edilib. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə olunacaq.
Ekspertlər isə güzəştlərin hərtərfəli nəzərə alınmalı olduğunu bildirirlər. Çünki bu avtomobillər həm bahalı olduğundan, həm də usta və ehtiyat hissələri tapılmadığından əlçatan olmaya bilər.
Güzəşt çərçivəsində hibrid avtomobillərin ƏDV-dən azad edilməsi, yeni avtomobillərin rüsumlarının azaldılması və güzəştli kredit şərtləri təqdim olunması da nəzərdə tutulub.
Ekspertlər də ötən illər ərzində hibrid avtomobillərə böyük tələbat yarandığını və bu səbəbdən ilkin olaraq bu avtomobillərə güzəştlər tətbiq edilməli olduğunu bildirir.
Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi və kütləvi istifadəsi ilə bağlı məsələlər "Yol hərəkətinin təhlükəsizliyinə dair" 2019-2023-cu illər üzrə Dövlət Proqramında da nəzərdə tutulub. Proqramın əsas 5 istiqmaətindən biri də məhz ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinə olan güzəşt və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir.


BAKU.WS
VİDEO











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31