heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətərindən biridir

22-04-2021, 14:17 17 dəfə baxılıb



















Cənab Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı, bir neçə
sosial obyektlərin açılışında iştirak etdi. Hacıqabul rayonun sosial-iqtisadi
inkişafı yüksək səviyyədədir. Hacıqabul rayonun inkişaf dinamikası günü-
gündən yüksəlir. Buranın qazla təmin olunması, elektrik enerjisi ilə təzcihat,
həmçinin yeni yarımstansiyanın açılışı da bariz nümunədir. Hacıqabul
rayonunda aparılan abadlıq işləri yekunlaşmaq üzrədir. Cənab Prezidentin
iqtisadi-inkişaf proqramı əsasında məktəblər, xəstəxanalar və mədəniyyət evləri
tikilmişdir. Yeni iş yerlərinin açılması vətəndaşların maddi rifahını
yaxşılaşdırılması üçün addımlar atılmışdır. Bu gün dövlətimiz qeyri-neft
sektorunda irəliləyişlərə qədəm qoyur. Cənab Prezident İlham Əliyev iki böyük
aqroparkın açılışında iştirak etdi. Aqroparkların yaradılması əsas mahiyyəti,
ərzaq təzcihatının artırılmasına yönəlmişdir. Aqroparkların fəaliyyətə başlaması
yerli sankinləri işlə təmin edir. Hacıqabul Rayonun landşaftı elədə çox əlverişli
olmamasına baxmiyaraq, burada aqroparkların yaradılması Cənab Prezident
İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Aqroparklarda məhsulun
daha cox əldə edilməsi ilə yanaşı, heyvandarlıqlada məşğul olunacaq. İki min
baş cins mal-qara gətirilib. Yaxın gələcəkdə sayları beş minə çatacaq. Həmçinin
buarada əldə edilən süd Kürdəmir rayonun süd emalı zavoduna göndəriləcək.
Yaxın bir neçə ildən sonra dövlətimiz özünü südlə təmin edəcəkdir. Qeyri-neft
sektorunun situmllaşdırılması, umumillikdə 50-dən cox aqroparkların salınması
nəzərdə tutulub. Bir neçəsi istifadəyə verilmişdir. Belə aqroparklardan işğaldan
azad olunmuş torpaqlarda, Qarabağda salınacaq. Hal hazırda ərazilər minalardan
təmizlənir. Bu uzun sürən və çətin bir prosesdir. Minalarandan təmizləmədə
qardaş Türkiyə və Rusiya tərəfindən köməklik edilir və təcrübəsindən istifadə
olunur. Lakin döyüşdə məğlub olmuş düşmənin, minalanmış ərazilərin xəritəsini
inkar etməsi hərbi cinayətdi. Müharibə qurtardıqdan sonra 100-dən çox mülki
şəxs yaralanıb və həlak olmuşdur. Bu işlər üçün yeni avadanlıqlar alınır və
davam etdiriləcək. Cənab Prezidentin əmri ilə istehkamçı tabor fəaliyyət
görsədir. Parelel olaraq Qarbağda infrastruktur bərpa olunur. Azad edilmiş
ərazinin elektrik təchizatı bu ilin sonuna qədər yekunlaşmalıdır. Həm xətlər
çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə
tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa
edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından
keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır və hələ ki, hava şəraiti o
qədər də münasib deyil, qar əriməyib.


Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir.
İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda,
yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-
Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil
yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və
Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol
Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir. Bu işlərlə
yanaşı dövlətimizə vurulumus ziyanın hesablanması üçün xarici mütəxəssislər
kömək edirlər. Qızıl yataqları, civə yataqları və digər təbii sərvətlərimiz
ermənilər tərəfindən qanunsuz istismar olunub. Planlarımızdan biridə
Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və
xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii
sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları
da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. İşgal olunmuş torpaqlarda, birinci pilot
layihə Zəngilan rayonunda icra ediləcək - “Ağıllı kənd” layihəsi. Bu layihə üç
kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək və yəqin ki, yaxın
gələcəkdə bu layihənin təməli də qoyulacaq. Zəngilanda olarkən mənə bu layihə
ilə bağlı məruzə edildi və indi təməlqoyma mərasimi üçün hazırlıq işləri aparılır.
Bu lahiyə gələn il başa çatdıqda, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz
doğma torpaqlarına qayıdacaqlar. Bütün şəhərlərin baş planları hazırlanacaq və
biz Qarabağı ən gözəl yerə çevirəcəyik.

Alıyev Fariz
Nəsimi rayon gənci






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31