heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

“Ər-Rəhman” surəsinə yalandan and içən Əlrahim bəyin əyri çıxan tüstüsü

10-05-2021, 19:13 166 dəfə baxılıb






“Ər-Rəhman” surəsinə yalandan and içən Ərrahim bəyin əyri çıxan tüstüsü
Biləsuvardan redaksiyamıza verilən məlumata görə, Rayon Yol İstismar İdarəsinin rəisi Ərrahim Kazımov rayonda özünə dəyəri yüz min manatlarla ölçülən nəhəng villa tikdirib. Biləsuvarın mərkəzindəki yarım milyonluq “Nur” şadlıq sarayı da ona məxsusdur. Yol infrastrukturuna ayrılan dövlət vəsaitindən oğurlamaq hesabına yol qırağında inşa etdirdiyi çoxsaylı ticarət obyektlərini, o cümlədən, tikinti materialları mağazasını babat qiymətə icarəyə verib. De gəl, ən bahalı model avtomobillərdə gəzən rəis idarənin asfalt zavoduna qiyməti vur-tut bir neçə on min dollar olan tüstüboğan texnika almağa “can çəkir”. Soruşana yalandan Qurana, “Ər-rəhman” surəsinə and içib deyir ki, tüstü onun deyil, digər analoji zavodun rəhbəri Hacı Qurbanın “bacasından çıxır”. Halbuki, Ərrahim özü də təsdiqləyir ki, bir dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yİİ-ni bu məsələ ilə əlaqədar cərimələyib.
Redaksiyaya məlumat verən etibarlı mənbə bildirir ki, məşğulluq xidmətinin xətti ilə Yİİ-yə işə düzəlmiş şəxslərin çoxunun maaş kartı Ərrahimin cibindədir, özü bankomatdan çıxartdırıb mənimsəyir. Həmin kart sahiblərinə isə təklif olunub ki, az gəlirli ailə kimi yerli Əhalinin Sosial Müdafiəsi Mərkəzindən ünvanlı sosial yardım alsınlar. Yeri gəlmişkən, bu korrupsiya mexanizmi yerlərdə “DOST” MMC-nin, Məşğulluq Mərkəzinin, ƏƏSMN-nin yerli struktuurlarının və işəgötürən müəssisələrin vəzifəli şəxslərinin sövdəgərliyi ilə çoxdan sınaqdan çıxmış mexanizmdir.   Belə ki, ÜSY almaq üçün ailənin əmək qabiliyyətli üzvləri mütləq işaxtaran, yaxud, işləyə-işləyə işaxtaran kimi qeydiyyatda olmalı, məşğulluq xidmətinin onlar üçün etdiyi iş təklifini dəyərləndirməli, az da olsa rəsmi gəlir mənbəyinə malik olmalıdırlar. Bu məsələdə fəlsəfə ondan ibarətdir ki, işləmək istəməyən vətəndaşın dövlətdən yardım istəməyə haqqı yoxdur. Maraqlıdır ki, maaş kartlarını Ərrahimə bağışlayan həmin adamlar ÜSY üçün müraciət etdikləri ƏSMN-də heç bir bürokratik əngəllə qarşılaşmırlar. Çünki bu sövdələşmədə hamı qazanır, uduzan isə dövlət olur, dövlətin büdcəsi olur.
Digər məlumata görə, Ə.Kazımovun rəhbərlik etdiyi Yİİ-nin tenderlərindən həmişə qalib çıxan tərəf müqabili “Yoltikintinəqliyyatservis” MMC-dir. Bu müəssisə ki, Ərrahimin qardaşı İbrahimin oğlu Fuad Muxtarzadəyə məxsusdur.
Mövzuya qayıdacağıq.
Heqiqet carcisi.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031