heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Zaurun verilişində yoluxmuşam – Baloğlan Əşrəfov

23-04-2021, 13:50 18 dəfə baxılıb



Xəstəlik bütün kanallarda var. Amma bəzi şeylərdən şübhələndiyimə görə mənə belə gəlir ki, ARB kanalında, Zaur Nəbioğlunun “Heç vaxt, heç yerdə” adlı verilişində yoluxmuşam.

Bu sözləri Kult.az-a açıqlamasında əməkdar artist Baloğlan Əşrəfov deyib.
Müğənni bildirib ki, 1 il televiziyaya çıxmayandan sonra müxtəlif kanallara dəvət olunub:
“Kanallara çıxandan sonra ağlıma gələn başıma gəldi. Televiziyaya 3-4 müğənnini dəvət edirlər, sonra da bir mikrofonu hamı istifadə edir. Mən hardan bilim ki, bu adam virusa yoluxub, ya yoluxmayıb? Telekanallara gərək çox ciddi nəzarət olunsun. Belə olmaz, hamı bir-birini yoluxdura bilər. Bir müğənni ilə çəkilişdə koronadan söhbət edirdik, mənə dedi ki, mən koronaya yoluxmuşam. Mənim rəngim-ruhum ağardı. Dedim, sən nə danışırsan, a kişi? Dedi, zarafat edirəm, amma sonradan öyrəndim ki, həqiqətən yoluxub.
Mən bunları kobudluqla demirəm. Bir növ dünyanı görmüş, yaşamış biri kimi məsləhət edirəm. Açıq havada maska ilə gəzirik, ancaq içəri girəndən sonra heç kim sosial məsafəni gözləmir. Mikrofonlardan düzgün istifadə olunmur. Ümumiyyətlə düşünürəm ki, kanallarda, verilişlərdə ehtiyatlı olmaq lazımdır. Biz bayırdan maska ilə içəri girdik, studiyaya girən kimi çıxartdırdılar. Buna görə də ciddi nəzarət olunmalıdır. Ciddi nəzarət olmayanda heç kim heç nəyi boynuna almır, bu da belə davam edir”.
Əməkdar artist B.Əşrəfov həkim nəzarəti altında olduğunu, yavaş-yavaş düzələcəyinə ümid etdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31