heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

Arif Quliyevin vəziyyəti hələ də ağırdır

3-05-2021, 12:34 17 dəfə baxılıb



Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.
 
Heqiqetcarcisi.az bildirir ki, bu barədə “Qafqazinfo”ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.


Onun sözlərinə görə, koronavirus xəstəliyini ağır keçirən A. Quliyevin səhhətində hansısa bir müsbət irəliləyiş yoxdur:
“Ötən gün səhhəti barədə bizi məlumatlandırdılar. Hələ ki, heç bir irəliləyiş yoxdur. ECMO cihazına qoşulu vəziyyətdədir. Ölkə və xəstəxana rəhbərliyinə minnətdarıq. Dövlət tərəfindən xüsusi diqqət göstərilir”.
Qeyd edək ki, A.Quliyevin müalicəsi “Yeni Klinika”nın reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 faizinin zədələndiyini bildirirlər.
Bu məqamda bildirək ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31