heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

17 ilin uğuru

15-11-2020, 10:20 103 dəfə baxılıb










Bu çağrılmamış işğalçı qonşular ilə başlanan  44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Ali baş komandanımız cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusu canı və  qanı bahasına bu qələbəni qazandı. Bununlada yurddaşlarımızın 30 illik vətən həsrətinə  son qoyuldu. Eləcədə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Bu 44 gün ərzində  5 şəhər, 300-ə yaxın  kənd, 4 qəsəbə əsarətdən qurtuldu. Rəşadətli və müzəffər ordumuz dilbər güşəmiz, Azərbaycanın incisi sayılan Şuşa şəhərini işğaldan azad etdi.
Mənfur, işğalçı və təcavüzkar  Ermənistanın külli miqdarda hərbi texnikasını, silah və sursatını və canlı qüvvəsini məhv edərək onu diz çökdürdü.
Ermənistanın qondarma vahid komandanlığını  darmadağın edərək kapitulyasiyaya məcbur etdi. Ən vacib məqamlardan biridə o oldu ki, mənfur erməni qoşunlarını Kəlbəcər, Ağdam və Laçın rayonundan bir dəfəlik çıxarıldı.
Bu məqsədlə Rusiya və Türkiyə dövlətinin sülhməramlılarından ibarət mərkəz yaranıb. Hər zaman olduğu kimi qardaş Türkiyə  Qarabağ məsələsində dövlətimizin yanındadır və təhlükəsizliyimizin təminatçılarımdan biridir. Belə ki,  indi biz tam əminliklə  bütün dünyaya bəyan edə bilərik ki, biz nəinki döyüş meydanında eləcədə danışıqlar masasında kişi kimi sözümüzü tutaraq  bu qələnəni qazanmışıq. Bu qələbədə rəşadətli və cəsur ordumuz Şuşa şəhərini əlbəyaxa döyüş metodundan istifadə edərək bir daha düşmənə öz gücünü, birliyimizi, bərabərliyimizi sübut etmiş oldu.
Eləcə də neçə illərdir insanları Artsax mifalogiyasından tamamilə süquta uğratdı.  Qarabağ Azərbaycanın bölünməz ərazilərindən biri oldu. Biz bu  qələbəni bir yumruq kimi birləşərək  qazandıq. Azərbaycan xalqı həmişə öz liderinə güvənib ona etimad göstərib.
Gələcək nəsillərə bu faciəni ele göstərməliyik ki, nifrətimiz heç vaxt bitməsin. İrəvanı versələr belə erməni bizim əbədiyyətə qədər düşmənimizdir. Çünki Xocalı hər bir  insan oğlumunun unutmamalı olduğu acısıdır.
Biz bu müharibədə dostumuzuda, düşmənimizidə tanıdıq. Rusiya ilə münasibətimiz tərəfdaşlıq münasibətinə əsaslansada, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq telləri möhkəm təmələ söykənir. Belə ki, prezident R. Ərdoğanın " Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa Türkiyədə eyni anlayışla yer alacaq deməsi qardaşlığımızın baris nümuməsidir.Və bununlada  bütün dünya  ölkələrinə sübüt etdik ki on yeddi illik təkrarolumaz əqidə sahibi olan prezidentimizin yanındayıq.
Qarabağ Azərbaycandır ifadəsi qələbəmizin rəmzidir. Zəfərin mübarək Azərbaycan.Yaşasın şanlı ordumuz! Yaşasın Ali Baş Komandanımız! Yaşasın bütöv Azərbaycanımız...
Hacıyeva Gülnarə 
Nəsimi rayon sakini 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031