heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

“Binə Agro” QSC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat maliyyə yardımı edib

22-03-2020, 21:59 109 dəfə baxılıb




















Ölkənin aparıcı istixanaları və tərəvəz ixracatçıları sırasında olan “Binə Agro” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 100 min manat məbləğində yardım köçürülməsinə qərar verib. 

“Cənab Prezidentin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkədə COVID-19-la mübarizədə atılmış önəmli addımdır. Korporativ Sosial Məsuliyyət strategiyasını ali prinsip hesab edən bir şirkət olaraq bu əhəmiyyətli təşəbbüsə dəstək verməyə bilməzdik.

Ümumi taleyimiz üçün birgə məsuliyyət tarixi zərurətdir”, – “Binə Agro” QSC-in rəhbəri Rəşad Mailov qeyd edib. 

Ölkəmizdə 2011-ci ildən istixana fəaliyyətini həyata keçirən “Binə Aqro” QSC kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində doqquz ildən artıq təcrübəyə malikdir. 75 hektar olan istixana kompleksində pomidor, xiyar, bibər, badımcan, brokoli kimi müxtəlif tərəvəz məhsulları istehsal edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031